Qazaxıstanın bir sıra ölkələrdəki səfirləri vəzifələrindən geri çağırıldı Dünya

Qazaxıstanın bir sıra ölkələrdəki səfirləri vəzifələrindən geri çağırıldı

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevın imzaladığı sərəncamlarla ölkənin bir sıra dövlətlərdəki diplomatik missiyalarının rəhbərləri vəzifələrindən azad ediliblər.

Bu barədə "Akorda" məlumat yayıb.

Bildirilib ki, Rapil Joşıbayev Qazaxıstanın Qırğızıstandakı, Arman İsaqaliyev Qətərdəki, Abzal Saparbekuly Macarıstandakı, Madi Atamqulov isə Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri vəzifələrindən geri çağırılıblar.