İslam dünyasında yeni güclü ittifaq formalaşır
16 Yanvar 21:29
16 Yanvar 21:29
16 Yanvar 20:47
16 Yanvar 17:35
16 Yanvar 17:06
29 Dekabr 2019 12:51
2 289
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında dekabrın 30-da buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, gecə və səhər duman, çiskin olacağı, axşama doğru isə yağış yağacağı gözlənilir. Şərq, cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 5-8, gündüz 9-12,Bakıda gecə 6-8, gündüz 9-11 dərəcə isti olacaq.
Atmosfer təzyiqi normadan yüksək 768 mm civə sütununu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında
Dekabrın30-dahava əsasən yağmursuz keçəcək. Lakin bəzi şərq rayonlarında yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 3-7, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti,gündüz 4-9 dərəcə isti olacaq.
Tibbi-meteoroloji proqnoz
Dekabrın 29-30-da Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü və iqlim normasına yaxın temperatur rejimi gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.
18 Yanvar 16:14
1 169
18 Yanvar 15:47
1 211
18 Yanvar 15:43
1 155