Martın 26-sı Epilepsiya Xəstələri Günüdür Hadisə

Martın 26-sı Epilepsiya Xəstələri Günüdür

Epilepsiya Xəstələri Günü və ya Bənövşəyi Rəng Günü ilk dəfə 2008-ci il marın 26-da qeyd olunub.
2008-ci ildə epilepsiyadan əzab çəkən doqquz yaşlı qız Kessidi Meqan özünün başqalarından heç də fərqlənmədiyini göstərməyə qərar verib. O, xəstəliyin ətrafdakılar tərəfindən dəliliyin yüngül forması kimi qəbul edildiyini hiss etmişdi. Kessidi xəstəlik barədə yayılan mifləri dağıtmaq üçün "Bənövşəyi gün” yaratmağa nail olub. Onun başladığı təşəbbüsü əvvəlcə Kanadadakı Yeni Şotlandiya Epilepsiya Assosiasiyası dəstəkləyib, onun ardınca dünyanın başqa təşkilatları da ona tərəfdar çıxıblar. Bundan bir il sonra 100 min tələbə, 100-ə yaxın ictimai birlik və 100-dən artıq məşhur siyasətçi həmin təşəbbüsə qoşulub. Bir axşam Torontodakı televiziya qülləsi bənövşəyi rəngə bürünüb.
Yeni Şotlandiyada Epilepsiya Assosiasiyasının nümayəndələri, sonralar isə digər beynəlxalq təşkilatlar bu uşağın səsinə səs veriblər. Beləliklə, 2009-cu ildə Bənövşəyi Günü dəstəkləyən qrupun sıraları 100 minlərlə tələbənin, yüzlərlə siyasətçinin, habelə müxtəlif ictimai təşkilatların hesabına genişlənib. Torontoda məşhur televiziya qülləsini həmrəylik əlaməti olaraq bir axşam bənövşəyi rəngə boyayıblar.
Epilepsiya qədim tarixə malik və indiyə qədər tam müalicəsi tapılmayan xəstəliklərdən biridir. Onun yeganə və əsas əlaməti təkrarlanan epileptik tutmalardır. Xəstəlik zamanı beyin qabığının müəyyən sahəsində- epileptogen ocaqda neyronlar sinxron şəkildə oyanır.
Martın 26-da dünyanın müxtəlif ölkələrində xəstəlik və ona göstərilən ilk yardım haqqında informasiyalar yayılır. Bundan başqa, keçirilən hərrac, yarmarka, konsert və idman yarışları vasitəsilə xəstələr üçün vəsait yığılır.
Həmin gün bütün dünyada keçirilən bu beynəlxalq tədbir epilepsiya haqqında məlumatlılığı artırmağa xidmət edir. Həmin gün arzu edənlər epilepsiya diaqnozu ilə yaşayanlara mənəvi dəstək göstərə bilərlər.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 50 milyon nəfər, yer kürəsi əhalisinin 1 faizə qədəri epilepsiyadan əziyyət çəkir. Onlardan yalnız 25 faizi adekvat müalicə alır. Müasir dərmanlar 70 faiz xəstələrin ürək tutmalarından tamamilə xilas olmasına imkan verir. Həmin preparatlar səmərəli olmaqla yanaşı, az toksiki təsirə malikdir, əhval-ruhiyyəyə və psixikaya təsir etmir. Epilepsiya xəstələri təhsil alır, işləyir, ailə qurur, dünyaya sağlam övlad gətirir və tam normal həyat yaşayırlar.
Xroniki nevroloji xəstəlik olan epilepsiyaya mübtəla olanlar qəflətən baş verən qıcolmalarla üzləşirlər. Vaxtilə həmin xəstəlikdən Yuli Sezar, Dante Aligeri, Napoleon Bonapart, Makedoniyalı İsgəndər, Alfred Nobel və başqa məşhurlar da əziyyət çəkiblər.