

HAMAS bu gün vasitəçilərə Qəzzada atəşkəs çərçivəsində növbəti addımların atılması, o cümlədən sərhədlərin açılması, humanitar yardımın daxil olması, bərpa işlərinin başlanması, inzibati idarənin yaradılması və İsrailin geri çəkilməsinin tamamlanması üçün ona təzyiq göstərməyi xahiş edib.
Bu barədə “Reuters“ məlumat yayıb.
Bildirilir ki, növbəti addımlar İsrailin girovların meyitlərini təhvil verilməsinin gecikməsi ilə bağlı ittihamları səbəbindən ləngiyir.
İsrail Qəzzanın Rafah sərhəd keçidinin Misirlə açılmasına hazırlaşdığını bildirib, lakin konkret tarix açıqlamayıb. Bu arada atəşkəs pozuntularına görə qarşılıqlı ittihamlar davam edir.
Tramp planın digər həll olunmamış məsələləri arasında HAMAS üzvlərinin tərksilah edilməsi və Qəzzanın gələcək idarəçiliyi yer alır.