Ötən il Azərbaycanda 646 uşaq övladlığa götürülüb Hadisə

Ötən il Azərbaycanda 646 uşaq övladlığa götürülüb

Ötən il Azərbaycanda 339 nəfəri oğlan, 307 nəfəri isə qız olmaqla ümumilikdə 646 uşaq, uşaq övladlığa götürülüb. APA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, əvvəlki illə müqayisədə övladlığa götürülən oğlanların sayı 14,2%, qızların sayı 9,7% azalıb, Azərbaycan Respublikasının məhkəmələri tərəfindən ləğv edilmiş övladlığa götürülmə barədə qərarların sayı isə 22,4% artaraq 82 təşkil edib. Qeyd edək ki, hesabat ilində həmçinin əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən 8-i qız olmaqla 14 uşaq övladlığa götürülüb. Xatırladaq ki, 2019-cu ildə övladlığa götürülmüş uşaqlardan 175 nəfəri 1 yaşadək, 296 nəfəri 1-5 yaş, 115 nəfəri 6-10 yaş, 74 nəfəri isə 11-17 yaş arasında olub.