İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
Azərbaycanla Belarus arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
6 Aprel 2020 11:20
1 897
Biz karantin qaydalarına riayət etməklə həm özümüzü və yaxınlarımızı, həm də Vətənimizi bu virusdan qoruya bilərik.
Bunu tanınmış hərbi diktor, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlı deyib.
Onun sözlərinə görə, dövlət bu istiqamətdə bütün mümkün tədbirləri görüb:
“Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah, digər aidiyyəti qurumlar bu virusun ölkə ərazisində təhlükəli hal almaması üçün gücləndirilmiş iş rejimində çalışır. Vətəndaşlarımız rəsmi qurumların bütün xəbərdarlıqlarına, tövsiyələrinə ciddi əməl etməli, xüsusi karantin rejiminin qaydalarına diqqətlə yanaşmalıdırlar. İnsanlar başa düşməlidirlər ki, koronavirus infeksiyasından qorunmaq üçün ən effektiv tədbir evdə qalmaqdır. Biz bu tədbirlərə riayət etməklə həm özümüzü, həm yaxınlarımızı, həm də Vətənimizi bu virusdan qoruya bilərik. Ümid edirəm ki, dünyanın və ölkəmizin üzbəüz qaldığı bu pandemiyanı ən az itki ilə sovuşdurarıq. İndiki halda, bütün tədbirlərə qeyd-şərtsiz riayət etməliyik. Dövlətimiz əlindən gələni edir”.
18:33
637
17:40
714
17:12
735