
Venesuela ABŞ-ı balıqçı gəmisini ələ keçirməkdə ittiham edib
13 Sentyabr 22:59
13 Sentyabr 22:59
13 Sentyabr 22:00
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Təhsil sahəsində xidmət göstərən təhsil müəssisələri, fərdi tədris göstərən hüquqi və fiziki şəxslərə dövlət başçısı tərəfindən imzalanan sərəncamlara uyğun dəstək mexanizmi nəzərdə tutulub”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, bu günə qədər 800-ə qədər subyektə 6 milyon manatdan artıq vəsait ödənilib: “Əsas məqsəd bu sahələrdə çalışan şəxslərin əmək haqlarını vaxtlı-vaxtında ödənməsidir. Eyni zamanda qeyd edim ki, aprelin 6-dan Təhsil Nazirliyin “Qaynar xətti” 146-3-ə zəng vuran hər bir şəxsə psixoloji dəstək fəaliyyətə başladı. Bu günə qədər 20 mindən artıq müraciət olub. Ötən il fəaliyyətə başlayan İnnovativ sistem vasitəsilə müəllimlərimiz tərəfindən tibbi avadanlıq, plastik üz sipəri hazırlandı. 1500-ə yaxın üz sipəri səhiyyə işçilərinə, bir qismi polislərə də paylanıb”.