İran ABŞ-ın İordaniyadakı aviabazalarına zərbələr endirib Gündəm

İran ABŞ-ın İordaniyadakı aviabazalarına zərbələr endirib

İranın ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi İordaniyadakı aviabazalara raket hücumu nəticəsində Amerika hərbçiləri heç bir itki verməyib.

Xalqcebhesi.az xəbər veruir ki, bu barədə "Al Jazeera" telekanalı amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb.

O bildirib: "İranın İordaniyaya qarşı raket zərbələri ABŞ qüvvələri arasında tələfata səbəb olmayıb".

Əvvəllər İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH - İran Silahlı Qüvvələrinin elitar bölmələri) nümayəndəsi Aerokosmik Qüvvələrin İordaniyada ABŞ Hərbi Hava Qüvvələrinin istifadə etdiyi "Muvaffaq-Salti" və "Şahzadə Həsən" aviabazalarına zərbələr endirdiyini bildirmişdi. İordaniya Silahlı Qüvvələrinin Baş Komandanlığı isə krallığın hava hücumundan müdafiə sistemlərinin İranın 18 balistik raketini tutaraq vurduğunu, 2 raketin isə kimsəsiz ərazilərə düşdüyünü bəyan edib.

Məryəm Quliyeva