Qalibaf: Növbəti hədəf ABŞ-ın Yaxın Şərqdəki enerji aktivləridir Dünya

Qalibaf: Növbəti hədəf ABŞ-ın Yaxın Şərqdəki enerji aktivləridir

Məhəmməd Baqir Qalibaf Vaşinqtona xəbərdarlıq edib ki, növbəti hədəf ABŞ-ın Yaxın Şərqdəki enerji obyektləri olacaq.

Xalqcebhesi.az xəbər verir ki, keçən gecə ABŞ və İran arasında qarşılıqlı zərbələr mübadiləsindən sonra İran parlamentinin sədri Vaşinqtona xəbərdarlıq ünvanlayıb.

O, enerji infrastrukturunu hədəf alan dron və raketlərin təsvir olunduğu şəkli paylaşaraq şərhində əlavə edib: "Növbəti hədəf – regiondakı enerji aktivləridir".

Məryəm Quliyeva