"Azercell" yeni balans köçürmə imkanlarını təqdim edib Hadisə

"Azercell" yeni balans köçürmə imkanlarını təqdim edib

“Azercell Telekom” MMC “Mobil ödəmə” və “Paycell” xidmətləri çərçivəsində yeniliklər təqdim edib.

Şirkətdən “Mobil Ödəmə” xidməti çərçivəsində artıq Fakturasız Xətt (“SimSim”) istifadəçiləri bu servisdən yararlanaraq öz nömrələrinin balansından həm Fakturalı, həm də Fakturasız Xətt nömrələrə 1 manatdan 50 manatadək vəsaiti hədiyyə edə bilərlər. Ay ərzində isə bir nömrədən digər nömrələrə köçürülən ümumi məbləğ 500 manat həcmində təyin edilib.

Xatırladaq ki, “Mobil Ödəmə” xidmətini aktivləşdirmək üçün “Azercell”in çoxfunksiyalı "Kabinetim” mobil tətbiqini “Playstore” və ya “Appstore”dan yüklədikdən sonra qeydiyyatdan keçərək, müvafiq elektron müqaviləni imzalamaq lazımdır.

Eyni zamanda, 23 aprel tarixindən etibarən “Paycell” xidməti vasitəsilə istənilən fakturasız xətt nömrənin balansına 0,2 manat, 0,5 manat və 1 manatdan əlavə, həm də 2 və 5 manat vəsaiti hədiyyə qismində yükləmək mümkündür. Yeni təklifdən yararlanmaq üçün SMS mətnində vəsaiti qəbul edən nömrəni qeyd edib, 2 manat məbləğində köçürmələr üçün 2206 qısa nömrəsinə, 5 manat üçün isə 2208 qısa nömrəsinə mesaj göndərmək kifayətdir.

Hazırda koronavirus pandemiyası ilə əlaqədar ölkə ərazisində elan edilmiş xüsusi karantin rejimi dövründə “Azercell” şirkəti “Mobil Ödəmə” və “Paycell” xidmətləri vasitəsilə icra edilən balans köçürmələri üçün əlavə xidmət haqqı tətbiq etmir.

“Mobil ödəmə” xidməti haqqında ətraflı: https://www.azercell.com/az/personal/services/payment_balance/mobile_payment/.

“Paycell” xidməti haqqında ətraflı: https://www.azercell.com/az/personal/services/zero_balance_options/paycell/.