12:25
567
İran və Qətərin enerji sistemlərinin birləşdirilməsi layihəsi yaxın vaxtlarda texniki icra mərhələsinə keçəcək.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə İslam Respublikasının energetika naziri Abbas Əliabadi bəyan edib.
"Hazırda İran Pakistan, Əfqanıstan, Türkiyə, Türkmənistan, Azərbaycan Respublikası və İraqla elektrik enerjisi mübadiləsi həyata keçirir. Qətərlə enerji sistemlərinin birləşdirilməsi layihəsi üzrə tədqiqatlar da artıq tamamlanmaq mərhələsindədir", — deyə hökumətin mətbuat xidmətinin portalı nazirin sözlərini sitat gətirir.
Əliabadi qeyd edib ki, İran Energetika Nazirliyinin gündəliyində Fars körfəzinin digər ölkələri ilə də elektrik enerjisi mübadiləsi sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilir.
Məryəm Quliyeva