Nazir: “Tələbələrin 75 faizi onlayn dərslərə qoşulub” Hadisə

Nazir: “Tələbələrin 75 faizi onlayn dərslərə qoşulub”

“Ali təhsil müəssisələrində 176 min tələbə təhsil alır. Onların 75 faizi onlayn dərslərə qoşulub”.
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Təhsil naziri Ceyhun Bayramov bildirib.
Onun sözlərinə görə, 40 min nəfərə yaxın tələbənin sonuncu tədris ilidir: “Onlar istehsalat təcrübəsində olduğundan bir çoxunun onlayn tədrisə qoşulması vacib olmayıb. Ali təhsil müəssisələri qısa müddətdə çevik reaksiya verərək onlayn sistemləri işə salıb”.
Nazir deyib ki, ali təhsil müəssisələrində tədris ilinin uzadılması nəzərdə tutulmur. Eyni zamanda hərbi çağırış dövrü nəzərə alınaraq, buraxılış kurslarında təhsil alan oğlan tələbələrin yekun attestasiyasının akademik təqvimdə nəzərdə tutulmuş müddətdə bitməsi planlaşdırılır.