Ukrayna ordusu ötən gecə Rusiyanın iri neft obyektlərini və 18 gəmisini vurduğunu açıqlayıb
FHN dənizdə batan qızın axtarışına helikopter cəlb edib - VİDEO
Prezident İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul edib
İran ABŞ-la danışıqların gələn həftə keçiriləcəyi ilə bağlı xəbərləri təkzib edib
8 May 2020 11:04
2 450
Uşaq əməyinin qarşısının alınması ilə əlaqədar hüquq-mühafizə və digər orqanlardan daxil olmuş məlumatlar əsasında inzibati tədbirlər gücləndirilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2019-cu il hesabatında məlumat verilib.
Qeyd edilib ki, nəticədə 2019-cu il ərzində 6 halda 15 yaşına çatmamış şəxsin işə cəlb edilməsi faktı aşkar edilərək vəzifəli şəxslərə İnzibati Xətalar Məcəlləsinin 192.8-ci maddəsinə əsasən 8600 manat cərimə tətbiq edilib. Bir halda isə uşaqların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edilməsi faktı aşkar olunub və və bu faktla əlaqədar vəzifəli şəxsə İXM-nın 192.9-cu maddəsinə əsasən 3000 manat məbləğində inzibati cərimə tətbiq edilib.