Ötən həftə Azərbaycanda koronavirusun pik həddi qeydə alınıb Hadisə

Ötən həftə Azərbaycanda koronavirusun pik həddi qeydə alınıb

“Ötən həftə ölkədə 755 nəfər koronavirusa yoluxub. Bu da o deməkdir ki, həmin zaman pik hədd yaşanıb”.
Bunu “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.
TƏBİB sədri qeyd edib ki, bu həftə isə ölkədə 581 nəfər virusa yoluxub: “Həftə tam başa çatmayıb. Amma yoluxma hallarının çoxluğunu müşahidə edirik”.