Ucarda ağır yol qəzası Hadisə

Ucarda ağır yol qəzası

FHN məlumat yayıb

Fövqəladə Hallar Nazirliyi Ucarda baş vermiş ağır yol-nəqliyyat qəzası ilə bağlı məlumat yayıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ucar rayonunun Qarabörk kəndində (rayon mərkəzindən 3 km aralı) "MACK" markalı yük avtomobili ilə "VAZ" markalı minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi baş verib.
Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilinin sürücüsü və 4 nəfər sərnişin aldıqları ağır bədən xəsarətlərindən hadisə yerində vəfat ediblər. Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə 5 nəfərin cəsədini deformasiyaya uğramış avtomobildən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.