Baş prokuror itkinlərlə bağlı Beynəlxalq Komissiyanın Baş direktoru ilə görüşüb Cəmiyyət

Baş prokuror itkinlərlə bağlı Beynəlxalq Komissiyanın Baş direktoru ilə görüşüb

İyunun 29-da Baş prokuror Kamran Əliyev ölkəmizdə səfərdə olan İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın (İCMP) Baş direktoru xanım Katrin Bombergerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Qonaqları salamlayan Kamran Əliyev qeyd edib ki, Baş Prokurorluqla Komissiya arasında 2023-cü ildən səmərəli əməkdaşlıq əlaqələri formalaşıb.

Qeyd olunub ki, Komissiyanın fəaliyyəti xüsusilə həssas mövzu ilə əlaqədardır və itkin düşmüş şəxslərlə barğlı müvafiq məlumat mübadiləsinin təmin edilməsi zərərçəkmiş şəxslərin ailələrinin hüquqları baxımından olduqca vacibdir. Bu mövzu Prezident İlham Əliyevin xüsusi diqqəti və qayğısı ilə əhatə olunur.

Bundan sonra Kamran Əliyev qarşı tərəfə işgəncələrə məruz qalaraq öldürülüb kütləvi məzarlıqlarda basdırılmış şəxslərin yerinin müəyyən edilməsi, həmçinin aşkar edilmiş şəxslərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində görülmüş işlər barədə məlumat verib.

Qəbula görə minnətdarlıq ifadə edən xanım Katrin Bomberger Azərbaycanda itkin düşmüş şəxslər üzrə məlumatların toplanması və mübadiləsi işinin yüksək səviyyədə təşkil edilməsini qeyd edib, mövcud əməkdaşlıq səviyyəsindən razılıq bildirib.

Qonaq tərəf, həmçinin yeni hazırlanmış İtkin düşmüş şəxslərlə bağlı Məlumat İdarəetmə Sistemi barədə məlumat verib, sistemin imkanları və təkmilləşdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Görüş zamanı qarşılıqlı təlim səfərlərinin təşkili və təcrübə mübadiləsinə dair razılıq əldə edilib.

Baş prokuror itkinlərlə bağlı Beynəlxalq Komissiyanın Baş direktoru ilə görüşübBaş prokuror itkinlərlə bağlı Beynəlxalq Komissiyanın Baş direktoru ilə görüşübBaş prokuror itkinlərlə bağlı Beynəlxalq Komissiyanın Baş direktoru ilə görüşübBaş prokuror itkinlərlə bağlı Beynəlxalq Komissiyanın Baş direktoru ilə görüşüb