ABŞ-ın mövqeyinə görə NATO-nun Kiyevə hərbi yardımı gözləniləndən az ola bilər Gündəm

ABŞ-ın mövqeyinə görə NATO-nun Kiyevə hərbi yardımı gözləniləndən az ola bilər

NATO ABŞ-ın mövqeyi ilə əlaqədar olaraq Kiyevə ayrılacaq hərbi yardımın maliyyələşmə məbləğini yenidən hesablayır.

Xalqcebhesi.az "Corriere della Sera" qəzetinə istinadən xəbər verir ki, Şimali Atlantika Alyansının iyulda Ankarada keçiriləcək növbəti sammitində yeni fondların həcmi nəzərdə tutulan 40 milyard dollar əvəzinə maksimum 10-12 milyard dollar təşkil edə bilər.

NATO-nun baş qərargahının yerləşdiyi Brüsseldəki mənbələrin nəşrə verdiyi məlumata görə, Macarıstanda Viktor Orban hakimiyyətdə olduğu müddətdə Budapeşt Aİ-nin Kiyevə, böyük hissəsi hərbi ehtiyaclar üçün nəzərdə tutulan 90 milyard avroluq yardımının ayrılmasını ləngidirdi. İndi bu tranşın bloku açıldığı üçün maliyyə öhdəlikləri həm də NATO üzvü olan ölkələrin üzərinə düşəcək. Mənbələr bildirir: "Amerikanın Ukraynaya yardımı, eləcə də Vaşinqtonun Kiyevi dəstəkləmək istəyi əhəmiyyətli dərəcədə azaldığından, yeni fondlar 10-12 milyard dolları keçməməlidir".

Beləliklə, Ukraynaya edilən ümumi yardımın həcmi 70 milyard dollar səviyyəsində olmalıdır, lakin bunun yalnız 10 milyard dolları yeni maliyyələşdirmə öhdəliklərinin payına düşəcək, daha əvvəl güman edildiyi kimi 40 milyard dollar deyil.

Məryəm Quliyeva