

Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
May ayında Bakıda kommersiya obyektlərinin qiyməti ucuzlaşıb. Bu barədə "MBA Group" konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimov deyib.
N.İbrahimov bildirib ki, may ayı ərzində kommersiya obyektlərinin 1 kv.m-nin qiyməti 2727 manat olub. Onun sözlərinə görə, ay ərzində qiymətlərdə 7.65 faiz azalma müşahidə edilib:
"Ötən ilin eyni dövrü ilə müqayisədə isə qiymətlərdə 3.10 faiz artım olub. Qiymətlərdə azalma əsasən ticarət obyektlərində, ofislərdə, boş sahələrdə, xidmət sahələrində müşahidə edilib, kafe və restoranlarda isə qiymət artımı olub".
Ekspertin sözlərinə görə, ticarət obyektlərinin icarə qiymətində isə mayda artım qeydə alınıb. Belə ki, ticarət obyektərinin 1 kv.m-nin icarə qiyməti 16.12 manat təşkil edib. Ay ərzində 1.77 faiz, ötən ilin müvafiq ayı ilə müqayisədə isə 2.48 faiz artım olub.