Rusiyada axtarılan 8 nəfər Azərbaycanda həbs edilib Hadisə

Rusiyada axtarılan 8 nəfər Azərbaycanda həbs edilib

Rusiya hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 8 nəfər Azərbaycanda həbs edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Baş Cinayət-Axtarış İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə axtarışda olan Nəsud Quliyev, 210-cu maddəsi (cinayətkar birlik yaratma) ilə axtarışda olan Fərhad Abdullayev, 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Nurlan Əlihüseynov, 108-ci (zəruri müdafiə həddinin aşmaqla adam öldürmə) və 206-cı (girov götürmə) maddələri ilə axtarışda olan Oqtay Səmədov saxlanılıblar.
Bundan başqa, Goranboy Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Cinayət Məcəlləsinin 161-ci maddəsi (soyğunçuluq) ilə axtarışda olan Araz Əliyev, Lənkəran polisinin həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rusiya Cinayət Məcəlləsinin 105-ci maddəsi (qəsdən adam öldürmə) ilə axtarışda olan Ülfət Məmmədov, Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 162-ci maddəsi (quldurluq) ilə axtarışda olanlar Mehman Coqiyev və onun qardaşı Hacıyov Coqiyev tutulublar.