Qətərli vasitəçilər İrana gəliblər
10 İyul 16:43
10 İyul 16:43
10 İyul 15:54
12 İyul 2020 16:35
3 752
Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva COVİD-19 xəstəliyindən müalicəsi davam edən Əməkdar artist Bəhram Bağırzadə ilə telefonla danışıb. Əməkdar artistə tezliklə sağalmağı arzulayan Mehriban Əliyeva ölkəmizdə COVİD-19la mübarizədə, xəstələrin müalicəsində Azərbaycan həkimlərinin, tibb işçilərinin fədakar əməyini xüsusilə qeyd edib.
Bəhram Bağırzadə onun müalicəsi üçün göstərilən dəstək və səylərə görə Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürünü bildirib. Tezliklə sağalacağına inandığını deyən Bəhram Bağırzadə hər zaman Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyini hiss etdiyini qeyd edib.
Xatırladaq ki, koronavirusa yoluxan və xüsusi rejimli xəstəxanaya yerləşdirilən Bəhram Bağırzadənin vəziyyəti bir müddət ağırlaşmışdı. Aparılan intensiv müalicə nəticəsində əməkdar artistin səhhətində artıq müsbət dinamika və stabilləşmə qeydə alınıb.
10 İyul 21:29
959
10 İyul 21:28
1 015
10 İyul 21:25
1 085