Qətərli vasitəçilər İrana gəliblər
10 İyul 16:43
10 İyul 16:43
10 İyul 15:54
20 İyul 2020 17:48
2 016
Bu gün çimərliklərin açılması yüksək risk daşıyır və virusun yayılma surətini artıra bilər. Bunu Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi Şahmar Mövsümov bu gün Nazirlər Kabineti yanında Operativ Qərərgahın birifinqində deyib.
Ş.Mövsümov bildirib ki, çimərliklərin açılması son günlər əldə etdiyimiz naliyyətləri itirə bilərik:
“Koronavirus bir mühribədir və biz müharibə şəraitindəyik. Biz bu gün çiməriklərin açlışına hazır deyilik. Əgər çimərlikləri açsaq biz əldə etdiyimiz naliyyətləri itirə bilərik. 1-ci risk odur ki, çimərlikdə məsafə saxlamaq çətindir. 2-ci risk odur ki, insanlar çimərliyə gəldikdə eyni yerdən yemək, su alırlar və orada da yoluxma riski artır. 3-cü risk isə odur ki, hər hansı çimərliyə yalnız bir rayondan olan insanlar gəlmirlər, bütün rayonlardan gəlirlər ki, bu da yoluxmanı bütün rayonlara yaya bilər”.
Ş.Mövsümov əlavə edib ki, çirmərliklərdən istifadə ilə bağlı qaydalar hazırlanır: “Avqustun 5-ə qədər biz bunu edə bilməyəcəyik. Ancaq əgər əmin olsaq ki, biz bunu həyata keçirməyə qadirik növbətə mərhələdə bu barədə düşünüləcək”.
10 İyul 21:29
1 085
10 İyul 21:28
1 351
10 İyul 21:25
1 379