““ASAN xidmət” korrupsiyaya qarşı mübarizə üçün yaradılıb” Hadisə

““ASAN xidmət” korrupsiyaya qarşı mübarizə üçün yaradılıb”

İnam Kərimov: "Xidmətin təşkilində ən müasir İKT-nin tətbiqi xüsusilə diqqət mərkəzində saxlanılıb"

"ASAN xidmət" Azərbaycanda korrupsiyaya qarşı mübarizə, şəffaflığın təmin edilməsi, vətəndaşlara səmərəli dövlət xidməti göstərilməsi üçün yaradılıb. Bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov Bakıda "Sosial Müdafiə sahəsində elektron xidmətlər: keyfiyyət və miqyasın genişləndirilməsi" mövzusunda keçirilən texniki seminarda deyib.
Bunun ən uğurlu model adlandıran İ.Kərimov qeyd edib ki, "ASAN xidmət"in təşkilində ən müasir İKT-nin tətbiqi xüsusilə diqqət mərkəzində saxlanılıb: ""ASAN xidmət" mərkəzləri dövlət qulluqçularının fəaliyyətində, əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu-vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir".
BSTA-nın nümayəndəsi Raul Ruggia-Frikin sözlərinə görə, elektron xidmətlərin tətbiqi dünya səviyyəsində sığorta-pensiya qurumları tərəfindən davamlı fasiləsiz xidmətlərin səmərəliliyi və effektivliyinin artırılmasını təmin etsə də, elektron xidmətlərin keyfiyyət və miqyasının genişləndirilməsi vacib amil kimi qalmaqdadır: "Bu həm də mobil xidmətlərdən geniş istifadə və digər bu kimi məsələlərdən qaynaqlanan vacib çağırışları da gündəmə gətirir. Bu məsələlərin beynəlxalq seminarın işində ətraflı müzakirə olunacağı nəzərdə tutulur".