Əraqçi: İran ABŞ ilə danışıqları bərpa etməyə razılaşıb
19 İyul 22:19
19 İyul 22:19
19 İyul 18:38
2 Avqust 2020 12:49
3 878
Bu il pandemiya ilə əlaqədar Türkiyə istiqamətinə olan turların qiymətlərində kəskin artım var.
Bunu turizm üzrə ekspert Fariz Hacıyev bildirib.
Onun sözlərinə görə, aviabiletlərin qiymətlərində 40-45 faiz artımın olması turpaketlərin qiymətlərinin kəskin bahalaşmasına səbəb olub:
"Bu artım yalnız iki ölkə arasındakı aviabiletlərin qiymətlərinə deyil, Türkiyənin daxili uçuşlarına da aiddir. Məsələn, İstanbuldan Bodruma, Antalyaya da ucuşların qiymətləri xeyli artıb. Ona görə Antalya və Bodrumda istirahət etmək istəyənlər üçün qiymətlər daha başa gələcək. Türkiyədəki hotellərin qiymətlərində isə elə də ciddi artım yoxdur. Əskinə, Antalya və Bodrumda 10 günə qədər olan turlar üçün hotellərin qiymətlərində azalma var. Digər tərəfdən, ötən illə müqayisədə bu il tur almaq həm çətindir, həm də bahadır. Çünki fəaliyyət göstərən hotellərin sayı da məhduddur".
Ekspert əsas artımın avqust, sentyabr ayları üçün olan turlarda müşahidə edildiyini nəzərə çatdırıb.
19 İyul 21:39
1 057
19 İyul 19:24
987
19 İyul 18:29
1 106