Kəmaləddin Heydərov Qusarda vətəndaşları qəbul edəcək Hadisə

Kəmaləddin Heydərov Qusarda vətəndaşları qəbul edəcək

Oktyabrın 30-da Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərov Qusar şəhərində, Qusar şəhər Mədəniyyət Sarayının inzibati binasında vətəndaşların qəbulunu keçirəcək.
FHN-dən "Report"a verilən məlumata görə, qəbulda yalnız Qusar, Quba, Xaçmaz, Şabran və Siyəzən rayonlarının sakinləri, habelə həmin rayonlarda məskunlaşmış məcburi köçkünlər iştirak edə bilərlər. Qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin fəaliyyəti ilə bağlı müraciətlərə baxılacaq. Qəbula gələn vətəndaşların qeydiyyatı Qusar şəhər Mədəniyyət Sarayının inzibati binasında (ünvan: Qusar şəhəri, general Mahmud Əbilov adına Meydan) oktyabrın 29-da saat 09.00-da başlayacaq. Qəbula gələn vətəndaşlar şəxsiyyəti təsdiq edən sənəd təqdim etməlidirlər.