Deputat qəbul olunan qanunlardan gileylənib Hadisə

Deputat qəbul olunan qanunlardan gileylənib

"Bəzən qanunlar tam dolğun işlənilmədən qəbul olunur". Bunu Milli Məclisin bugünkü iclasında "15 yaşı tamam olmamış Azərbaycan vətəndaşının fərdi identifikasiya kartı haqqında" qanunda dəyişikliyin müzakirəsi zamanı deputat Çingiz Qənizadə deyib.
O bildirib ki, bunun timsalında bütün qanunlar tam detallarına qədər işlənərək qəbul edilməlidir: "Biz bu qanunu bu yaxınlarda qəbul etmişdik. Yenidən dəyişiklik etmək göstərir ki, qanunu dolğun qəbul etməmişik. Xahiş edirəm, bundan sonra qanunları qəbul edərkən onun detallarına diqqətlə yanaşılsın ki, üstündən bir il keçməmiş yenidən baxılmaq üçün müzakirəyə çıxarılmasın".