Nazir: “Şagirdlərin yerdəyişməsi adi qaydada davam edəcək” Hadisə

Nazir: “Şagirdlərin yerdəyişməsi adi qaydada davam edəcək”

“Şagirdlərin yerdəyişməsi adi qaydada davam edəcək”.

Bunu bu gün COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən mətbuat konfransında Təhsil naziri Emin Əmrullayev bildirib.

E. Əmrullayev deyib ki, rayon qeydiyyatında olan və rayona gedən valideynlər Bakıya qayıtmaq istəyirsə və qayıda bilirsə, övladının paytaxtda təhsilinin davam etdirməsi ilə bağlı bir problem yoxdur: “Şagirdlər onlayn qaydada da təhsillərini davam etdirə bilərlər. Azərbaycanın istənilən kənd və qəsəbəsində məktəb var, şagirdlər yerdəyişmə ilə o məktəblərdə də tədrisi davam etdirə bilər”.

Təhsil naziri qeyd edib ki, müəllimlərin əməkhaqqının ənənəvi hesablanması qaydası isə tədrisin təşkili formasından asılı olaraq dəyişmir.