Dövlət büdcəsi gələn həftə müzakirəyə çıxarılır Hadisə

Dövlət büdcəsi gələn həftə müzakirəyə çıxarılır

Azərbaycan Respublikasının 2015-ci il üçün büdcə zərfinin Milli Məclisdə plenar müzakirəyə çıxarılma vaxtı açıqlanıb.
Parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu APA-ya açıqlamasında bildirib ki, büdcə zərfinin MM-də plenar müzakirəyə çıxarılması noyabrın 18-ə təyin olunub.
Dövlət büdcəsinin parlamentdə müzakirəsi noyabrın 19-u, 20-i və 21-də də davam edəcək.
Büdcə zərfinə "Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2015-ci il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2015-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanunları, Milli Məclisin və Hesablama Palatasının 2015-ci il üçün xərclər smetalarını, o cümlədən "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2015-ci il büdcəsi haqqında" qanunu daxildir.