“Reklam haqqında“ qanunun yeni layihəsi plenar iclasa çıxarılacaq Hadisə

“Reklam haqqında“ qanunun yeni layihəsi plenar iclasa çıxarılacaq

"Reklam Haqqında qanun" layihəsi bir müddət öncə Milli Məclisdə müzakirəyə çıxarılıb. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü Əli Məsimli modern.az-a açıqlamasında qanunun yeni layihəsindən danışıb.
"Reklam haqqında qanun" layihəsi Milli Məclisin İqtisadi Siyasət Komitəsində dövlət-hakimiyyət orqanlarının,media nümayəndələrinin və bu sahənin mütəxəssislərinin iştirakı ilə geniş müzakirə olunub. İndi həmin müzakirə zamanı səsləndirilən irad və təkliflərin qanun layıhəsində nəzərə alınması istiqamətində Milli Məclisin müvafiq şöbəsində iş gedir. Həmin iş başa çatdıqdan və təklif müəlliflərinə də göstərildikdikdən sonra yeniləşmiş variant Milli Məclisin plenar iclasına çıxarılmalıdır.
Çatdırsaq, "Reklam haqqında" qanunun yeni layihəsinin plenar iclasa çıxarılması dekabr ayında baş tuta bilər".