Vəkil Elçin Namazov həbs edilib Hadisə

Vəkil Elçin Namazov həbs edilib

Vəkil Elçin Namazov həbs edilib. APA-nın məlumatına görə, vəkil noyabrın 25-də Xətai rayon Məhkəməsinin qərarı ilə 15 sutka müddətinə inzibati qaydada azadlıqdan məhrum edilib. O, polisin tələbini yerinə yetirməməkdə təqsirləndirilir. Qeyd edək ki, 2011-ci ildə Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarı ilə E. Namazovun vəkillik fəaliyyətinə xitam verilib. Bundan sonra E. Namazov məhkəmələrdə nümayəndə kimi iştirak edir.