“Ermənilərlə əlaqəsi olan şəxslər nəzarətdə saxlanılmalıdır” Hadisə

“Ermənilərlə əlaqəsi olan şəxslər nəzarətdə saxlanılmalıdır”

Arzu Nağıyev: "Belə bir şəraitdə qrant almaq naminə atılan hər hansı addım xəyanət kimi qiymətləndirilməlidir"

Azər Həsrət: "Ermənilərlə də dostluq edənləri dostluqdan çıxarmışdım"

Azərbaycanda ictimai siyasi fəaliyyətlə məşğul olan, Xüsusilə radikal düşərgədə təmsil olunan bir çox insanların dostluğunda ermənilər var. Əldə etdiyimiz məlumata görə, bəzi şəxslər Azərbaycan-erməni "sosial şəbəkə dostluğu"nu qrand alverinə çevirməyi bacarıblar. Bu prosesi nəzarətdə saxlamaq üçün hansı addımlar atılmalıdır? Erspertlər nə düşünürlər?
Politoloq Arzu Nağıyev "düşünürəm ki, istər sosial şəbəkələrdə, istərsə də digər formada ermənilərlə əlaqəsi olan şəxslər nəzarətdə saxlanılmalıdır",- deyə bildirdi: "Bunun hansı formada həyata keçirilməsi isə xüsusi xidmət orqanlarının səlahiyyətinə uyğun şəkildə aparılmalıdır. Çünki iki ölkə arasında böyük münaqişə var, elan olunmamış müharibə gedir, ermənilər öz havadarları ilə birlikdə öz işğalçı siyasətlərindən əl çəkmirlər. Belə bir şəraitdə qrant almaq naminə atılan hər hansı addım xəyanət kimi qiymətləndirilməlidir. Hər insanın dini və siyasi əqidəsi fərqli ola bilər, ancaq bu məsələrdə yox...Düşünürəm ki, bütün bu proseslərə müvafiq orqanlar tərəfindən nəzarət olunur və bu istiqamətdə daima mühüm addımlar atılır...".
İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay "mən özüm araşdırmaçı QHT rəhbəriyəm",- deyə bildirdi: "Bir sıra beynəlxalq səviyyədə tanınmış fəaliyyətim olub. Hec vaxt heç yerdən heç bir qrant almamışam. Qrant alib şəxsi mənfəətini güdən QHT-ləri qəbul etmirəm. Çunki humanist, bəşəri mşvqe tutan təşkilat maddi mənfəət güdməməlidir. Ölkəmizə, vətənimizə düşmən mövqe tutan Ermənistanla əlaqəli bu yolla qrant alan təşkilatlarl ise ümumiyyətlə qınayıram. Hesab edirəm ki, müharibə şəraitində bu cür fəaliyyət göstərən təşkilatlar qanunun tələbi ilə sərt cəzalandırılmalıdırlar".
Siyasi şərhçi Azər Həsrət "Bu məsələyə bir müddət öncə mən sərt təpki vermişdim",- deyə bildirdi: "Sosial şəbəkələrdə dostluğumda olub eyni zamanda ermənilərlə də dostluq edənləri dostluqdan çıxarmışdım. Düşünürəm ki, bizim nə yazıb-pozduğumu ermənilərin görməsi məsləhət deyil. Eyni zamanda onlarla sosial şəbəkələr üzərindən olsa belə dostluq yolverilməzdir. Çünki bu gün sosial şəbəkədə bir Azərbaycanlıyla dostluq edən erməni istənilən halda sabah səngərdə qarşımıza çıxacaq düşmənin bir fərdidir. O baxımdan onlarla məsafə saxlamaq məsləhətdir. Qaldı ki, bu dostluqların nəzarətdə saxlanmasına, təbii ki, bunu gerçəkləşdirmək üçün heç bir qanun çıxara bilmərik. Sadəcə insanlarımız özləri belə məsələlərdə diqqətli olsun, yetər".
Azərbaycan Sosialist Partiyasının sədri Elşən Qaraçuqlu "təəssüf ki, belə hallar var,- deyə vurğuladı: "Baş verən ictimai - siyasi proseslərdən istifadə etməyi "bacaran" bəzi işbazlar, bu sahədə də fürsəti fövtə vermirlər və öz maddi imkanlarını artırmaqla məşğuldurlar. Belələri üçün prinsipiallıq, vətənpərvərlik, digər ülvi hisslər arxa plandadır. Prosesi nəzarətdə saxlamağa gəlincə isə onu deyə bilərəm ki, bu məsələdə yalnız insanların özlərinin daxili aləmlərində, dünyagörüşlərində bir senzor olmalıdır. Təbii ki, istər sosial şəbəkələrdə, istərsə də KİV-də aparılmalı olan təbliğatın da burada böyük əhəmiyyəti var".
Politoloq Ramiz Alıyev dedi ki, bu məsələ xüsusi diqqətdə saxlanılmalıdır: "Hazırda Azərbaycanın ictimai-siyasi həyatında radikal düşərgə nümayəndəsi kimi tanınan bir çox insanlar var ki, onlar sosial şəbəkələrdə olan profillərində erməni ilə dostluğa üstünlük verirlər. Mən, şəxsən bu kimi məqamların sıradan bir məsələ olduğunu düşünmürəm Ona görə ki həmin insanlar həm xarici donorlara, həm də himayədarlarına göstərirlər ki, sosial şəbəkəlrdə Azərbaycan-erməni "dostluğu" var və bu dostluğu həyatda da davam etdirmək üçün maddi vəsait ayrılsın. Bu yolla öz himayədarlarından müəyyən qədər maliyyə vəsaiti alır, erməni "dostlarının" tövsiyəsinə uyğun olaraq Azərbaycanda neqativ işlərlə məşğul olurlar. Yəqin ki, hüquq-mühafizə orqanları onların bu işlərindən agahdırlar və lazımi tədbirlər görəcəklər. Bu məsələ tək hüquq-mühafizə orqanlarının deyil, hər bir vətəndaşın müqqədəs borcudur ki, ölkəsinə və dövlətinə sahib çıxsın! Və ictimai qınaqlar da olması mümkündür, beləki həmin şəxslər barasində ictimaiyyət nümayəndələri, KİV və QHT nümayəndələri də çıxışlar edib, həmin şəxsin və ya şəxslərin əməllərini qınamalı, ölkə əhalisini bu barədə məlumatlandırmalıdır".
Yeni Media üzrə tədqiqatçı İlkin Ağayev dedi ki, bu prosesdə birinci növbədə ictimai təpki gücləndirilməlidir: "Məsələn mənimlə ingilis dili kursuna gələn bir xanım jurnalist əcnəbi ingilis dili müəlliminə guya bizdə kişilər gününün 23 fevral olması ilə bağlı təbliğat aparırdı. Buna etiraz etdikdə və bizdə Ordu gününün 26 iyun olduğunu izah etdikdə, həmin xanım üstümə çımxırdı. Amma mən də bu barədə əcnəbi müəllimə təbliğatımdan qalmadım. Sonra gördüm ki, həmin xanım jurnalistin dostluğunda kifayət qədər erməni var. Belələrinin qarşısını almaq və vaxtında ifşa etmək üçün onların virtual fəaliyyətinin göz altına alınması vacibdirƏslində daxilimizdəki ermənilər heç də yatmayiblar və onların yerlərində otuzdurulması üçün bütün imkanlar səfərbərlik edilməlidir".

Əli