18:01
1 078
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Quo Jiakun ABŞ Milli Təhlükəsizlik Agentliyini (NSA) Çinin kritik infrastrukturunu hədəf alan kiberhücumları dayandırmağa çağırıb.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Çin ABŞ hökumətinin ölkəmizin kritik infrastrukturuna qarşı kiberhücumlarını qətiyyətlə pisləyir ki, bu da gələcək irimiqyaslı dağıdıcı əməliyyatlara hazırlıqdır", - o qeyd edib.
Diplomatın sözlərinə görə, ABŞ “dünyada ən böyük kiberhücum mənbəyidir”. Quo Jiakun həmçinin heç bir sübut təqdim etmədən Pekini sistematik olaraq kibercinayətlərdə ittiham edən Vaşinqtonun hərəkətlərini “son dərəcə məsuliyyətsizlik” adlandırıb.
Quo Jiakun əmin edib ki, Çin kiberməkanda öz suverenliyini qorumaq və şəbəkə təhlükəsizliyini təmin etmək üçün bütün zəruri tədbirləri görəcək.
Məryəm Quliyeva