ABŞ-ın yeni səfiri ilə bağlı dinləmənin vaxtı məlum olub Hadisə

ABŞ-ın yeni səfiri ilə bağlı dinləmənin vaxtı məlum olub

Senatın Xarici Əlaqələr Komitəsi Robert Sekutanın namizədliyini müzakirə edəcək
Prezident Barak Obama tərəfindən ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədliyi irəli sürülən Robert Sekutanın namizədliyinin müzakirəsi üçün növbəti dinləmənin vaxtı bəlli olub. APA-nın Senatın saytına istinadən verdiyi xəbərə görə, Senatın Xarici Əlaqələr Komitəsində keçiriləcək növbəti dinləmə dekabrın 4-nə təyin edilib. Xatırladaq ki, prezident Barak Obama ABŞ-ın Azərbaycandakı yeni səfiri postuna hazırda dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin birinci müavini olan Robert Frensis Sekutanın (Robert Francis Cekuta) namizədliyini irəli sürüb. R. Sekuta əvvəllər Dövlət Departamentinin Energetika və biznes məsələləri Bürosunda dövlət katibinin köməkçisinin energetika, sanksiyalar və xammal üzrə müavini vəzifəsində çalışıb. . Eyni gündə Senatın Xarici Əlaqələr Komitəsində Makedoniya, Monteneqro və Ermənistandakı səfir vəzifəsinə namizədlərin təsdiqlənməsi üzrə dinləmələr də keçiriləcək.