Media nümayəndələrinin 2015-ci ildən gözləntiləri Hadisə

Media nümayəndələrinin 2015-ci ildən gözləntiləri

2014-cü il başa çatır. Bu il jurnalidstlər üçün hansı hadisələrlə yadda qaldı? Həmkarlarımız 2015-ci ildən nə gözləyirlər?
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının mətbuat xidmətinin rəhbəri Səfər Alışarlı bildirdi ki, 2014-cü ildə Azərbaycan mediası öz mövqelərini bir az da möhkəmləndirdi, sosial şəbəkələrdə fəallıq bir az da yüksəldi: "Mən sosial şəbəkələrin mövcudluğunu söz və fikir azadlığında xüsusilə önəmli sayıram, çünki burada hər kəs öz fikrini istədiyi formada ifadə edə bilir. Uğurlu il sayıram. Media-QHT əməkdaşlığı gücləndi. Biz də hər ay nəşr etdiyimiz "Vətəndaş cəmiyyəti" jurnalı vasitəsilə ölkə mediasının inkişafına, QHT-lərin PR məsələlərinə dəstək verməkdə davam etdik. Növbəti ildə elektron medianın daha güclənməsini, jurnalistlərin peşəkarlığının daha da artmasını gözləyirəm. İstəyirəm ki, jurnalistika əvvəlki pərəstişini və məsuliyyətini bərpa edə bilsin. Bundan ötrü biz əlimizdən gələn hər şeyi etməyə hazırıq".
Jurnalist Araşdırmaları Mərkəzinin (JAM) rəhbəri Xaqani Səfəroğlu diqqətə çatdırdı ki, 2014-cü il mənim üçün internet medianın öz yerini möhkəmlətməsi ilə yadda qaldı: "Onlayn KİV-lər getdikcə cəmiyyətin əsas informasiya təminatçısına çevrilir. Bu isə özü ilə yeni qaydaları diqtə edir. Bütövlükdə 2014-cü il onlayn media üçün məhsuldar olub. 2015-ci ildən daha çox gözləntilərim var. İnternet media ilə bağlı qanunvericilkdə dəyişikliklərin ediləcəyi, internet jurnalistikanın təhsili üçün perspektivlərin yaradılacağına ümid edirəm".
Diaspor Jurnalistləri Birliyinin (DJB) sədri Fuad Hüseynzadə vurğuladı ki, bu il Azərbaycanda media sahəsində bir neçə istiqamətdə yadda qalan hadisə oldu: "Belə ki, ən əsası mediada sayt bolluğu yarandı. Bu, sadəcə kəmiyyət artımı idi. Amma hər halda jurnalistikamız daha da virtuallaşdı. Amma qəzet jurnalistikası daha da arxaikləşdi. Digər bir istiqamət isə jurnalistika ilə sosiali şəbəkələrin bir -birnin içinə girməsi oldu. Bu qarşıqlıq hər halda zamanın tələbindədn irəli gəlir. Amma sosila şəbəklərin bir çox hallarda mənbəyə çevrilməsi jurnalist qeyri-peşəkarlığıdır. Kritik hallarda bu qeyri-peşəkar addımların atılması cəmiyyətdə çox böyük narahatçılıq yaradır. Necə ki, avqust ayında bu hal yaşandı. Elə bunun qarşısının alınması üçün dövlət başçısının 24 sentyabr 2014-cü il tarixdə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası Silahlı Qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında" sərəncam imzalaması media sahəsində yadda qalan hadisədir. Bu il jurnaılstikamıza "diaspor jurnalitləri" termini gəldi. Diaspordan yazan jurnalistlərin bir araya gəlməsi diaspor mövzusunun mediada daha çox qabardılmasına səbəb oldu. Eyni zamanda fərdi olaraq jurnalitlərimzin bir çox ölkələrin mediasında yazılarıl dərc olundu. Hansı ki, ötən illərdə bu hal çox cüzi olurdu, ya da heç olmrudu".
Bakupost.az saytının redaktoru Yaqut Məmmədova dedi ki, 2014-cü il media üçün kifayət qədər işgüzar il oldu: "İstər ölkədaxili istərsə də dünyada baş verən hadisələr baxımından zəngin il idi. Ona görə də media və media nümayəndələri gündəmin nəbzini tutmaq baxımından xeyli əmək sərf etdi. İlin sonuna yaxın bir çox dözlət qurumlarının jurnalistləri müxtəlif səpkili işlərinə görə mükafatlandırması da buna sübutdur. O cümlədən KİVDF-nin hesabatında qeyd olunur ki, bu il də Azərbaycan dövlətinin dəstəyi ilə media nümayəndələrinin təşəbbüsü ilə müxtəlif sahələr üzrə bir sıra tədbirlər keçirilib.2014-cü ildə üç dəfə jurnalist müsabiqəsi keçirilib. Çoxsaylı jurnalist qalib gələrək dövlət dəstəyi fondundan müxtəlif maddi yardımlar alıb. Bütün bunlar Azərbaycanda söz, məlumat azadlığının inkişafına hesablanıb. Media üçün təəssüf doğuran yeganə məqam odur ki, qeyri peşəkarların bu sahəyə axınının qarşısını almaq mümkün olmayıb. Buna nəzarət zəifdir. Bunun da səbəbi bəllidir. Çünki, özəl qurumlar ucuz işçi qüvvəsi axtarır ona görə də işçi seçimi yanaşması uğursuz alınır.
2015-ci ildən gözləntilər çoxdur. Mən media nümayəndəsi kimi xöş xəbərlər gözləyirəm. Ümid edirəm ki, Azərbaycanla bağlı gözəl işləri təbliğ edib dünyaya çatdıraq. Həyat şəraitimizin yaxşılaşmasına ümidim var. Dövlətin dəstəyindən tutmuş hər bir media mənsubunun bu sahəyə yanaşmasında uğur gözləyirəm".
Xəzərİnfo.Az-ın icraçı direktoru Rövşən Ziya dedi ki, 2015-ci ildən gözləntilərim çoxdur: "Əsasən də hazırda jurnalistlər üçün tikilməkdə olan yeni bina ilə bağlı ümidlərim var. Çünki, bir jurnalist kimi indiki şəraitdə və aldığım indiki maaşla kirayədə yaşamaq bir qədər çətindir. Digər gözləntilərimə gəlincə, ilk növbədə jurnalistlərin əmək haqqlarının artırılmasını istəyirəm".
O, həmçinin dövlətin 2014-cü il ərzində milli mətbuatın inkişafına verdiyi dəstəyi müsbət dəyərləndirib. Onun sözlərinə görə, bu inkişafdan istifadə edən bəzi media orqanları isə Azərbaycanın 4-cü hakimiyyətinin adına ləkə gətirəcək bəzi addımlar atdılar: "Bu addımlardan biri də avqust ayında cəbhə xəttində baş verən hərbi əməliyyatlarla bağlı oldu. Belə ki, həmin qurumlar müharibə ilə bağlı vəziyyəti ifrat şəkildə şişirdərək, cəmiyyətə çatdırdılar və ölkədə yeni müharibənin başlanması ajiotajını yaratdılar. Bir çox media orqanları isə reketçilik fəaliyyətlərini daha da artıraraq, bu sahəyə vurulan ləkəni daha da genişləndirdilər. Onların həyata keçirdikləri şantaj siyasəti məmurla jurnalist arasındakı uçurumu daha da dərinləşdirdi. Bunlarla yanaşı, müsbət haldır ki, dövlət KİV-ə dəstəyini artırmaqda davam edir".
Region.TV-nin (TTV) əməkdsaşı Nicat Abdullayev dedi ki, 2014-cü il media üçün əsasən Ermənistan Azərbaycan sərhəddində, eləcə də işğal olunan Azərbaycan torpaqlarında baş verən insidentlər oldu: "Xüsusi ilə mediada "Avqust hadisələri" kimi adlandırılan gərgin günləri xatırlatmaq istəyirəm. İllər sonra Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, hətta deyərdim ki müharibəsini yayımladı bu il Azərbaycan jurnalisti. Necə yayımladığı başqa mövzudu. Amma ölkə mediası üçün ən yadda qalan hadisə həmin gərgin günlər, "Avqust hadisələri" oldu".
"Olaylar" İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli dedi ki, 2014-cü il Azərbaycan üçün bir sıra hadisələrlə əlamətdar oldu: "Belə ki, bu il ümumilli problemlərdən olan Dağlıq Qarabağ məsələsində aktivlik müşayət olundu. Baxmayaraq ki, iki vətəndaşımız hələ də erməni girovluğundadır, lakin Ermənistan Silahlı Qüvvələrinin helikopterini vurmaqla əzələ nümayiş etdirə bildik. "Qarabağ" futbol klbumuz ilk dəfə olaraq Avroliqanın qrup mərhələsinə düşdü. Media sahəsi isə bir sıra yeni mətbuat orqanlarının fəaliyyətə başlaması ilə yadda qaldı. Ümumilikdə bu ili ölkəmiz üçün uğurlu il hesab etmək olar. Gələn ildə isə uğurlarımızın daha çox olacağı gözlənilir. Ən böyük hadisələrindən olan 1 Avropa Olimpiya oyunları Azərbaycanda keçiriləcək. Güman ki, gələn il media sahəsində bir sıra yeniliklərin şahidi olacağıq".
"Bakı Xəbər" qəzetinin əməkdaşı Günel Cəlilova isə söylədi ki, 2014-cu il Azərbaycan mediası bir çox hadisələrlə yadda qaldı: "Azərbaycanın müstəqil mediası 2014-cü ildə inkişaf etdiyi bir daha bəlli oldu. Mediaya dövlət tərəfindən dəstək olunub. 2014-cu il avqust ayında baş verən hadisələr də media sahəsində yadda qaldi. Həmin ərəfədə ermənilərin Azərbaycan torpaqlarına hücum etməsi zamanı bəzi xəbər saytları yanlış informasiyalar yayaraq ölkə ictimaiyyətini çaşdırmışdı. Bu olayla bağlı rəsmi səvviyyədə tədbirlər keçirildi. İnformasiya təhlikəsizliyi haqqında qanun qəbul olundu. 2015-ci ildən gözləntilərimizə gəlincə isə, arzu edirəm ki, növbəti ildə jurnalistlərin sosial problemi həll olunsun. Onlara dövlət tərəfindən göstərilən dəstək 2015-ci ildə də davam etsin".

Əli