BQXK missiyası Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər Hadisə

BQXK missiyası Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) missiyası ermənilər tərəfindən girov götürülmüş və Dağlıq Qarabağın separatçı rejimi tərəfindən qanunsuz mühakimə olunmuş Dilqəm Əsgərov və Şahbaz Quliyevə baş çəkiblər. Bu barədə Ermənistan KİV-i BQXK-nın Yerevandakı nümayəndə heyətinin kommunikasiyalar üzrə proqramının rəhbəri Zara Amatuniyə istinadən məlumat yayıb. Sayca səkkizinci olan səfər yanvarın 16-da baş tutub.
Ermənistan mətbuatı məlumat verir ki, BQXK nümayəndələrinin ziyarəti zamanı BQXK məktublarının mübadiləsi olub.

Əli