“Artıq sən zamanı sınayırsan” Hadisə

“Artıq sən zamanı sınayırsan”

"Allah Sizə dəyişikliklər dövründə yaşamağı qismət etməsin"
Qədim Çin kəlamı

Sabiq millət vəkili, "Konstitusiya" Araşdırmaları Fondunun prezidenti Əliməmməd Nuriyev BAXCP sədri, Milli Məclisin üzvü Qüdrət Həsənquliyevi 50 yaşının tamam olması münasibət ilə təbrik edib. Təbrikdə deyilir:

"Keçid dövrünün əsas fərqli xüsusiyyətlərindən biri köhnə və yeni başlanğıcların sərt mübarizəsidir. Bu dövrlərdə dəqiq və aydın ifadə olunmuş meyarlar olmadığından insanlar üçün seçim etmək, öz həyat yolunu müəyyənləşdirmək çox çətin olur. Lakin bir sıra insanlar var ki, onlar düşünmədən, tərəddüdə yol vermədən hər zaman düzgün, doğru hesab etdikləri ideyalar, yeni başlanğıclar uğrunda bütün varlıqları ilə mübarizəyə atılırlar. Baxmayaraq ki, əksəriyyət üçün onlar kənardan romantik, avantürist kimi qəbul olunurlar. Ətraf mühit real, rahat həyat şəraiti vəd edən perspektivi kənara qoyub mücərrəd ideyalar uğrunda çarpışanları anlamırlar, yaxud başa düşməkdə çətinlik çəkirlər. Ola bilsin ki, adi orta statistik vətəndaş nöqteyi-nəzərindən doğurdan da bu cür həyat yolunun seçilməsi həddindən artıq riskli, gərksiz cəsarət, şəxsi şücaət, əzab-əziyyətlərə qatlaşmaq tələb edir. Lakin tarixin təkərini məhz bu cür insanlar irəliyə doğru fırlanmağa məcbur edirlər, məhz onlar yeni başlanğıcları, mütərəqqi ideyaları müdafiə edərək onların reallığa çevrilməsində əsas rol oynayırlar. Bü cür insanların taleyi yaşadıqları dövrlə çuğlaşır və onun bir hissəsinə çevrilirlər. Onlar tarixi hadisələrin həm ssenari müəlliflərindən biri kimi çıxış edir, həmdə mərhələlərdən asılı olaraq həm kütlələr önündə gedən tribun, natiq, gah da əzab-əziyyətlərə düçar olan iqnilabçı, novator rolunda çıxış edirlər.
Bu qeyd etdiklərimin hamısını 50 illik yübileyini qeyd edən Qüdrət Həsənquliyevin ömür yoluna aid etmək olar. Keçid dövrlərində güclü, parlaq şəxsiyyətlər meydana çıxır və yaşadıqları dövrün əsas xüsusiyyətlərini onların portret cizgilərində tapmaq mümkündür. Onun xarakterində ötən əsrin 90-cı illərinə xas romantizm, 2000-ci illərə məxsus praqmatiklik, son illərin təzahürü olan təmkin üzvi şəkildə bir araya gəlir və anadangəlmə cəsarət, mübarizlik, sadiqlik və uzun illərin zəhməti olan intellektlə birləşərək hamımızın tanıdığı Qüdrət bəyin özünəməxsus obrazını yaradır.
Qüdrət Həsənquliyevi yaxından tanıyanlar bilir ki, çoxlarından fərqli olaraq onun KİV, TV, sosial şəbəkər vasitəsilə yaradılan obrazı ilə gerçək üzü arasında heç bir fərq yoxdur. Qüdrət bəy səmimiyyəti, xarakteri, əməlləri ilə hər zaman bütov şəxsiyyətdir.
Onun kənardan ziddiyyətli kimi görünən, bir çox hallarda cəmiyyət tərəfindən birmənalı qəbul edilməyən addımları, qərarları belə daxilən inandığı, vətən, dövlət, xalq üçün vacib hesab etdiyi məqsədlər, ideyalar naminə atılıb və heç də, ambisiyaların, kaprizlərin, intiriqalarda üstün gəlmək istəyinin məhsulu deyil. İllər keçdikcə, daşlar yerinə oturduqca, mətləblər açıldıqca bu cəmiyyət üçün daha aşkar görünür. Zaman keçdikcə buna inanmaq istəməyənlər də həqiqətləri dərk edəcəklər.
Qüdrət bəydə çox az siyasətçidə müşahidə etdiyimiz demokratik və dostluq, komandaya sadiqlik hissləri çox inkişaf edib. Bundan daha çox özü əziyyət şəkib və yəqin ki, çəkməkdə davam edəcək. Lakin, unutmayaq ki, o da bir insandır və bu cür "zəifliklərə" haqqı var....Bəlkə elə bu "zəifliklərinə" görə də, o koloritli fiqurlarla bizim zəngin siyasi palitrada insani keyfiyyətli ilə seçilən az saylı liderlərdəndir.
50 illik yubilyein mübarək əziz dost. Artıq sən zamanı sınayırsan, zaman səni sınadı və sən qalib çıxdın."