“Birinci Avropa Oyunlarıı...” Hadisə

“Birinci Avropa Oyunlarıı...”

Vüqar Bayramov: " Yalnız geosiyası deyil, eyni zamanda iqtisadi əhəmiyyətə malikdir"

İqabal Məmmədov: "Sülhsevər və qonaqpərvər xalqımızı dünya ictimaiyyətinə tanıtmaq baxımından olduqca əhəmiyyətlidir"

Vahid Əhmədov: "Azərbaycana həm iqtisadi, həm də siyasi baxımdan böyük faydalar verəcək"

Ramiz Alıyev: "Bunun kimi böyük idman yarışlarının ölkəmizdə keçirilməsi Azərbaycana olan inamın və etibarın təzahürüdür"

Birinci Avropa Oyunların ölkəmizdə keçirilməsi ilə bağlı müxtəlif beynəlxalq təşkilatların apardığı qərəzli "qara piar" kampaniyaları iflasa uğrayır. Azərbaycanda sözügedən oyunlara yüksək hazırlıq səviyyəsi və bu təşəbbüsün yalnız geosiyasi, mədəni deyil, eyni zamanda strateji iqtisadi təsirləri bir daha təsdiq edir ki, ölkəmiz qlobal baxımdan möhtəşəm tarixi hadisəni reallaşdırır. Bu fikirləri iqtisadçı alim Vüqar Bayramov bildirib. Onun sözlərinə görə, açılış mərasimində iştirak etmək üçün ölkəmizə gələcək rəsmi şəxslər, jurnalistlər və artıq tursitlərin Bakıda artan sayı, eləcə də bu oyunların tanıdılması ilə bağlı dövlətimiz tərəfindən aparılan tanıtım kampaniyaları Birinci Avropa Oyunlarının sadəcə Azərbaycan deyil, eləcə də qitə üçün əhəmiyyətini göstərir: "Oyunlar dünyanın aparıcı mətbu orqanları tərəfindən yayımlanması ilə bağlı əldə edilən çoxsaylı razılaşmalar isə bir daha ölkəmizə qarşı qərəzli piar kampaniyası aparan beynəlxalq təşkilatlarının bütün cəhdlərinin iflasa uğradığını göstərdi".
Vüqar Bayramov deyib ki, qərəzli qara piar kampaniyalarında guya bu layihənin ölkəmiz üçün iqtisadi baxımdan əlverişli olmadığı bildirilsə də, bizim apardığımız eknometrik qiymətləndirmə göstərir ki, cari və strateji gəlirlər də nəzərə alınmaqla bu təşəbbüs tamamilə rentabelli bir proqramdır: "Bu təşəbbüs idman yarışları olaraq yalnız geosiyası deyil, eyni zamanda iqtisadi əhəmiyyətə malikdir. Bu yarışların iqtisadi əhəmiyyətini qiymətləndirən zaman təəssüf ki bəzi hallarda sadəcə xərcləri cari gəlirlər ilə müqayisə edilir. I Avropa Oyunları Azərbaycan üçün iqtisadi baxımdan çox rentabellidir. Bu Oyunların iqtisadi qiymətləndirməsini aparsaq, I Avropa Oyunları Azərbaycan üçün cari və strateji gəlirlər deməkdir. Belə möhtəşəm idman yarışlarının iqtisadi əhəmiyyəti heç bir halda oyunların təşkil edildiyi müddət ilə məhdudlaşdırılmamalıdır. Bu təşəbbüs iqtisadi-strateji layihədir və ölkə iqtisadiyyatın bə layihədən uzun müddət faydalanmasına imkan verəcək".
İqtisadçı alim əlavə edib ki, qərəzli qara piar kampaniyalarına baxmayaraq ölkə, vətəndaşlarımız üçün əhəmiyyətli olan belə digər möhtəşəm tədbirlər gələcəkdə də Azərbaycanda uğurla təşkil ediləcək.
Millət vəkili İqbal Məmmədov bildirib ki, Birinci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə nail olmaq tarixi bir hadisədir: "Çünki başqa qitə oyunlarından fərqli olaraq, bu oyunlar heç vaxt keçirilməyib". O, deyib ki, bu tarixi nailiyyət cənab prezident başda olmaqla Azərbaycan xalqınındır: "Ölkəmizdə keçiriləcək bu tədbir, Avropanın 50 Milli Olimpiya Komitəsini birləşdirən Beynəlxalq Olimpiya Təşkilatı tərəfindən keçirilir. Burada 50 ölkədən 20 idman növü üzrə 6000-dən çox idmançının yarışacağı gözlənilir. Baş Assambleyada iştirakçıların arasında keçirilmiş gizli səsvermə nəticəsində 48 səsdən 38 səs ilə İlk Avropa Oyunlarının Bakıda keçirilməsi barədə qərar qəbul edilib. Bütün bunları qeyd etməkdə məqsədim bu oyunların nə dərəcədə mötəbər bir tədbir olması və ölkəmizin aldığı yüksəs səs faizinin beynəlxalq aləmdə qazanmış olduğu nüfuzunu diqqətinizə çatdırmaqdır.
Belə mötəbər bir tədbirin Azərbaycanda, ümumiyyətlə hər hansı bir ölkədə keçirilməsinin əhəmiyyəti haqqında kitab yazmaq olar. Amma mən yenə də qısaca bir-iki cümlə ilə qeyd edim. Birinci Avropa oyunları, ölkəmizin hazırki dünya siyasətindəki rolu və mövqeyinə verəcəyi dəstək, müasir, demokratik və təhlükəsiz olduğunu bir daha təsdiqləmək, beynəlxalq arenada ölkəmizin xarici dövlət və təşkilatlarla əlaqəsini daha etibarlı etmək, sülhsevər və qonaqpərvər xalqımızı dünya ictimaiyyətinə tanıtmaq və s. baxımından olduqca əhəmiyyətlidir".
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, iqtisadçı ekspert Vahid Əhmədov bildirib ki, İlk Avropa Oyunları Azərbaycana həm iqtisadi, həm də siyasi baxımdan böyük faydalar verəcək.
Onun sözlərinə görə, Avropa Oyunları Azərbaycan üçün siyasi baxımdan böyük əhəmiyyət kəsb edir. V.Əhmədov deyib ki, Avropa Oyunları inkişaf edən, sabit və tolerant ölkə kimi Azərbaycanın dünyada tanınmasına əlverişli fürsət yaradıb: "Bu oyunlar vasitəsilə Azərbaycanı dünyaya daha yaxşı tanıtmaq olar. Eyni zamanda, da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dünyaya həqiqətləri çatdırmaq imkanı yaranıb. İqtisadi baxımdan da, əlbəttə ki, böyük faydaları olacaq. Çünki Avropa Oyunlarında 50-yə yaxın dövlətdən 6 mindən çox idmançı iştirak edəcək. Bütün bu insanlar öz ölkələrində Azərbaycandakı inkişafdan, reallıqlardan söz açacaqlar. Təbii ki, bütün bunlar da Azərbaycanın tanınmasına xidmət edəcək. Bundan əlavə, Avropa Oyunlarını izləmək üçün Azərbaycana turist axını olacaq. Onlar Azərbaycanın gözəl guşələri ilə tanış olacaqlar, Azərbaycan mədəniyyəti, mətbəxi və tarixi ilə maraqlanacaqlar. Bunlar isə Azərbaycan üçün çox önəmlidir".
Deputat qeyd edib ki, indi hər hansı xarici investor bir ölkəyə vəsait yatırmaq istəyirsə, ilk növbədə həmin ölkədə sabitliklə bağlı maraqlanır: "Şükürlər olsun ki, Azərbaycanda sabitlik var və gələcəkdə bu stabilliyi daha da yüksəltmək mümkündür".
Politoloq Ramiz Alıyev deyib ki, I Avropa Oyunları kimi böyük idman yarışlarının ölkəmizdə keçirilməsi Azərbaycana olan inamın və etibarın təzahürüdür. Onun sözlərinə görə, bunu ölkəmizin və dövlətimizin illərdir apardığı müstəqil və qətiyyətli siyasətin, tolerantlığın, ölkədə hökm sürən ictimai təhlükəsizliyin, iqtisadiyyatımızın getdikcə artan inkişafının, idman ölkəsinə çevrilməmizin nəticəsi kimi qiymətləndirmək lazımdır: "Əlbəttə, I Avropa Oyunlarına ölkəmizin ev sahibliyi etməsindən yaxşı mənada yararlanmalıyıq. Bu imkandan həm dövlətimiz, həm də bütün Azərbaycan vətəndaşları bəhrələnməlidir. Belə ki, bizə verilmiş olan bu imkandan maksimum yararlanıb ölkəmizin, dövlətimizin inkişafını təbliğ etməliyik. Xüsusilə, Azərbaycanın ən böyük və ağrılı problemi olan Dağlıq Qarabağ problemi ilə bağlı həqiqətləri, real məlumatları həm ölkəmizə gələn qonaqlara, həmçinin də yarışları işıqlandıracaq xarici kütləvi informasiya vasitələrinin nümayəndələrinə təqdim etməliyik. Hesab edirəm ki, hər kəs üzərinə düşən şəkildə bu məsuliyyəti bölüşməyə borcludur. Çünki bu borc vətəndaşlıq mövqeyindən irəli gəlir".

R. Alıyev bu idman yarışının iqtisadi əhəmiyyətindən danışaraq qeyd edib ki, I Avropa Oyunlarını izləmək üçün Azərbaycana çoxlu sayda turist gələcək və onlar da özləri ilə, hər halda xərcləmək üçün müəyyən maliyyə vəsaiti də gətirəcək: "Bu da o deməkdir ki, taksi sürücüsündən tutmuş digər xidmət sahələrində çalışanların hər birinin büdcəsinə əlavə maliyyə vəsaiti daxil olacaq və hər kəs bundan gəlir əldə edəcək. Digər tərəfdən, bu yarışlardan sonra ölkəmizin artan nüfuzu nəticəsində gələcəkdə xarici iş adamlarının Bakı və digər regionalarına müəyyən investisiyalar edəcəyi də gözləniləndir. Əsas məsələlərden biri də budur ki, bir ay müddətində bütün Avropa və dünyanın bir çox ölkəsi Azərbaycandan, onun inkişafından və idman ölkəsi olmasından, yarışları yüksək şəkildə təşkil etməsindən danışacaq".

Əli