Fransada Makronun "nüvə çətiri" ideyası kəskin tənqid olunub
15 Sentyabr 17:53
15 Sentyabr 17:53
15 Sentyabr 16:45
Türk dünyası və Qafqazın kəsişmə nöqtəsi: Azərbaycanın yeni geosiyasi rolu – TƏHLİL
İranda “Boeing 737” texniki nasazlıq səbəbindən təcili eniş edib
“Qalatasaray”ın yarımmüdafiəçisi Batrakov Rusiya milli komandasına dəvət alıb
İşğalın ağrılarından Qarabağın dirçəlişinə: Azərbaycan üçün Zəfər və Yaddaş mərhələsi - ŞƏRH
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərinierməni revanşist qüvvələr həzm edə bilmirlər
10 Fevral 2020 14:58
14 707
Fevralın 16-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı “Buratino axmaqlar ölkəsində” tamaşasını azyaşlı tamaşaçıların ixtiyarına verəcək. Lev Tolstoyun “Qızıl açar və ya Buratinonun macəraları” nağılı əsasında ərsəyə gələn tamaşanın quruluşçu rejissoru, səhnələşdirəni və mahnı mətnlərini yazanı Əlif Cahangirli, rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, rəqslərin quruluşçusu Lalə Hacıyeva, rejissor assistenti Nərmin Həsənlidir. Səhnə əsərinin bəstəkarı məşhur eston musiqiçisi Olov Exoladır.
Tamaşada aktyorlar - Xədicə Novruzlu (Buratino), Ramin Şıxəliyev (Karlo ata), Rüstəm Rüstəmov (Karabas Barabas), Əməkdar artistlər - Anar Heybətov (Bazilio), Şəlalə Şahvələdqızı (Alisa), aktyorlar - Elsevər Rəhimov (Pyero), Rəşad Bəxtiyarov və İmran Qurbanov (Arlekino), İlahə Həsənova və Sona Novruzova (Malvina), Şəhla İsmayılova (Tortila), əməkdar artist Mirzə Ağabəyli (Sisək), aktyorlar Vüsal Mustafayev (Artemon), Elçin Əfəndi (Dəvədəlləyi), Cümşüd Zeynalov (Bayquş), Vüsal Məmmədov (Qurbağa), Mehman Fətullayev (Oğlan), Ləman Fərmanlı və Əminə Səfərova (Qurbağalar) çıxış edəcək.
Mahnıları Teymur Kazımov, Bəsti Qasımova, Nazəni Həsənova və Əlif Cahangirli ifa edib. Əsərin əsas süjetini Buratino və onun dostlarının Karabas Barabas, tülkü Alisa və pişik Bazilio ilə mübarizəsi təşkil edir. Qızıl açarı ələ keçirmək üçün gərgin mübarizə gedir. Bu açar Karabas Barabas üçün var-dövlət, onun yoxsullar üzərində hakimiyyəti deməkdir. Buratino, Karlo ata, Artemon, Pyero və Malvina üçün isə azadlıq rəmzidir. Əsər xeyrin şər üzərində qələbəsi ilə sona yetir.
15 Sentyabr 11:39
826
15 Sentyabr 11:35
805
14 Sentyabr 12:59
1 148