Ajda Pekkanın Bakı konserti yarımçıq dayandı – Səbəb Mədəniyyət

Ajda Pekkanın Bakı konserti yarımçıq dayandı – Səbəb

Türkiyənin məşhur müğənnisi Ajda Pekkanın Bakıda halı pisləşib

Report Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə superstarın ötən həftə Bakıda verdiyi konsert zamanı olub.
Konsertin hansı məkanda və nə vaxt keçirilməsi açıqlanmır.
Halı pisləşən Ajda Pekkan konsertini yarımçıq başa vurub.
Qeyd edək ki, 69 yaşlı Ajda Pekkan ürək xəstəliyindən əziyyət çəkir. Bir müddət əvvəl Türkiyədə verdiyi konsert zamanı halı pisləşmiş və həkimlər ona uzun müddət konsert verməməyi məsləhət görmüşdülər. Musiqisiz yaşaya bilməyən superstar yeni ildə böyük məbləğ qarşılığında səhnəyə çıxacaq. Hələlik Ajda Pekkan ev şəraitində müalicə olunur.