“Neft ixracı sülh yolunu açır”
9 Yanvar 22:15
9 Yanvar 22:15
9 Yanvar 22:05
9 Yanvar 21:59
9 Yanvar 21:45
Ruslan Məmmədov "Combat" Peşəkar Döyüş Liqasının prezidenti seçildi!
Qüdrət Həsənquliyev: “Fransa, Almaniya və Britaniya vahid mövqedən çıxış etsə…”
Beyləqanda 15 yaşlı uşağa qarşı seksual hərəkətlər edən 5 nəfər şübhəli şəxs saxlanılıb
Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası yola salınıb - FOTOLENT
3 Fevral 2021 09:49
29 470
Özbəkistanın “interpress.uz” portalında böyük xanəndə Bülbül və Azərbaycan simfonik muğamları haqqında rus dilində məqalə çap olunub.
AZƏRTAC xəbər verir ki, “Bülbül və Azərbaycan simfonik muğamlarının yaranması” sərlövhəli məqalədə muğamların Şərqdə makom, muğam, şaşmakom və digər adlarla geniş yayıldığı qeyd olunur. Simfonik muğam isə ancaq Azərbaycanda vüsət alıb.
Yazıda Bülbülün rəhbərliyi altında 1931-1943-cü illərdə fəaliyyət göstərən Elmi-tədqiqat musiqi kabinetinin təşəbbüsü ilə müxtəlif xanəndələrin ifasında muğamlar lentə yazılıb.
Bundan başqa, Bülbül Azərbaycanın rayonlarını kəndbəkənd gəzərək yaddan çıxan muğam və xalq mahnılarını toplayıb, musiqilərə yeni həyat verib.
Məqalədə Bülbülün Məşədi Cəmil Əmirovla dostluğu, onun oğlu Fikrət Əmirovla əməkdaşlığı haqqında da söhbət açılır. Vurğulanır ki, məhz Bülbülün məsləhəti ilə Fikrət Əmirov “Şur” və “Kürd ovşarı” muğamlarının əsasında 1947-1948-ci illərdə eyni adlı simfonik muğamlar yazır. 1948-ci il avqustun 9-da bu simfonik muğamlar ilk dəfə ifa olunur və böyük uğur qazanır.
9 Yanvar 17:54
2 135
9 Yanvar 16:47
2 254
9 Yanvar 12:00
2 247