Repressiya qurbanı olmuş müsavatçı aktyor Mədəniyyət

Repressiya qurbanı olmuş müsavatçı aktyor

İbrahim Azəri Cümhuriyyətin ənənələrinə sadiq qalmışdı
Mərhum ədəbiyatşünas, professor Nazif Qəhrəmanlının bu araşdırma yazısı repressiya qurbanı olmuş müsavatçı aktyor İbrahim Azəri haqqındadır

II yazı

Artıq 1955-ci ildə İbrahim Azəri ona bəraət verilməsi xahisi ilə Moskvaya səlahiyyətli orqanlara müraciət etməyə baslamışdı. Bu məsələ ilə əlaqədar SSRİ prokurorluğu işin arasdirilmasına baslamış, əməkdaşı Kozlovaya isi arasdırmağı həvalə etmişdi. Bu barədə MTN-in arxivində SSRİ DTK-nin IV şöbəsinin rəisinin müavini Veretennikovun arxivə ünvanlanmış məktubu var. Məktubun arxasında qeyd olunub ki, İbrahim Atakisiyevin (Azərinin) isinin də daxil oldugu 50018 sayli iş çox cildlidir və oxu zalına verilə bilməz. Onunla yerində tanış olmaq olar".
Azərbaycan SSRİ Nazirlər Soveti yanında DTK-nin uçot-anket söbəsinin müdir müavini mayor Məmmədovun verdiyi arayışda qeyd edilir ki, 1897-ci il təvəllüdlü Atakisiyev İbrahim Ağa Kərim oglu DSİ Kollegiyasinin qərarı ilə RSFSR-in Cinayət Məcəlləsinin 58-1 və 58-2 maddələri ilə 10 illiyə məhkum edilib. Arayış 9 iyun 1957-ci ildə verilib.
Arxivdə "Dadas Həsənov və basqalarının işi" üzrə (PR - 41065) istintaq materiallarından çıxarışlar da var. Bu çıxarışda "hərbi təskilatın" rəhbəri Dadaş Həsənov ümumən İ.Azəri, Ə.Hacinski, N.Rzabəyovla birgə keçirilən iclasların mövcudlugunu rədd etmisdi. RP 41065 sayli arxiv-istintaq işinin 7-ci cildində Solovkiyə sürgün olunmus müsavatçılar haqqında ayrı-ayrı icmal arayışlar verilib. Burada 16-cı arayış (səh.71-72) İbrahim Azəri barəsindədir. "Atakisiyev Ibrahim Ağa Kərim oglu. 29 yaşı var. Orta təhsillidir. Keçmis podporuçik. 1921-ci ildən müsavatçıdır. Həbsədək Türk Dövlət Akademik Dram Teatrında aktyor kimi isləyib. Həbs və istintaqda olmayıb. Kamenisti küçəsi 106 nömrəli evdə yasayır. Azərbaycan SSR Cinayət Məcəlləsinin 57 və 58-ci maddələri ilə hərbi təskilatda və əksinqilabda istirakda təqsirli bilinir. Qeyri-Leqal Müsavat partiyasının hərbi təskilatında 1922-ci ildən istirak edib. Müsavatın Bakı Komitəsinin üzvü Qulubəyova yardımçı olub, hərbi təskilata yeni üzvlər cəlb edib. Elə həmin il fəallığına görə BK yanında hərbi besliyin tərkibinə daxil edilib, eyni zamanda hərbi sahələrdən birinin rəisi olub. Atakisiyevin mənzili döyüs sahələri özəkləri üçün bir növ qərargah rolunu oynayıb, o burada göstərislər, məlumatlar toplayıb, hərbi beşliyin direktivlərini çatdırıb. Əksinqilabda və hərbi təskilatlarda istiraka görə verilmis ittiham onun özünün və sahidlərin ifadələri ilə sübuta yetirilib".
Sual doğuran İbrahim Azəri 1950-ci illərin sonunda bəraət ala bilmisdimi? Bu suala birmənali cavab vermək çətindir. Belə ki, Solovki sürgünündə olmus müsavatçıların heç də hamısı bəraət ala bilməmisdi. (Həmin səxslərin bir qismi yalnız keçən əsrin 90-ci illərində bəraət ala bilmisdilər). 1937-ci ilin tuthatutunda Solovkidən qayıdanlarin əksəriyyəti həbs olundu və güllələndi. Dogrudur, Damokl qilıncı bu dəfə İbrahimdən yan keçdi. Amma bu toxunulmazlıq sığortalanmaq demək deyildi və hər an onu həbs və sürgün gözləyə bilərdi. Odur ki, onun ailə və səxsi həyat qurması da 1937-ci ildən sonraya təsadüf etdi. Övladları isə 40-ci illərdə dünyaya gəlib: iki qız, bir oğlan.
Oglu Çingiz rəssamdır, 1974-cü ildə Mədəniyyət İncəsənət Universitetini (o vaxt Teatr İnstitutu - N.Q.) bitirib. Onun atası haqqında dediklərindən: "Atam İbrahim Azəri pesəcə aktyor olmasına baxmayaraq qaradinməz, özü və həyatı haqqında az danışan bir insan idi. Uzunmüddətli sürgündə olmasına baxmayaraq onun qüruru sınmamışdı. Solovki sadə sürgün yeri olmayib. Atam çox nadir hallarda sürgün epizodları danışırdı: "Səhər dururdum ki, sağım ölü, solum ölü. Bəzən bu ölülərin arası ilə özümüzə yol açır, yaşamaq inamını itirmirdik". Atamı Adil İsgəndərov vaxtilə isləmiş olduğu Akademik Dram Teatrına dəvət etmisdi. Amma demisdi ki, dislərini düzəltsin, fisıltı ilə danışır. Bu atamın xosuna gəlməmisdi. Onun dişləri uzaq Simalın şaxta və dəhşətlərində tökülmüsdü. O, bir daha Azdramaya üz tutmadı…"
90-ci illərdə SSRİ xalq artisti Qriqori İjenov öz həyatına həsr edilmis bir sənədli filmdə Sibir sürgünü zamanı çəkdiyi əziyyətlərdən danışdı. Tomsk şəhərinin teatrında çalışan Q.İjenovun əksər dişləri tökülübmüs. Pulu olmadığından dişlərini düzəltməyə də imkanı yoxmuş. Buna görə də tamasalara utandığından çıxa bilmirmis. Böyük aktyor buna görə çəkdiyi iztirablardan ağrı ilə söz açırdı…
Düsünürəm: Q.İjenov heç olmasa sürgünü konslagerdə, yəni islah-əmək düşərgəsində deyil, böyük bir səhərdə, ziyalı insanların arasında çəkirmis. İbrahim Azəri isə sürgünü cinayətkarların, oğrularin, quldurların arasında çəkmisdi.
Solovki sürgününü çəkmis, daha sonra xaricə mühacirət etmis B.E.Ağaoglu imzalı bir azərbaycanlı 1930-cu ildə İstanbulda çıxan "Bildiris" qəzetində öz sürgün təəssüratlarını "Solovkidə gördüklərim" silsiləsindən olan məqalələrdə əks etdirib. İbrahim Azərinin adını çəkən və ehtimal ki, onunla görüsmüs müəllif Azərbaycandan ziyalıların dəstə-dəstə Solovkiyə gətirildiyini və orada böyük məhrumiyyətlərə və əzablara düçar olduğunu yazır, onlardan əvvəl gələn dəstənin üzvlərini belə təsvir edir: "Onlar o qədər dəyismis, o qədər solmus, o qədər üzülmüsdülər ki… Buzlu cəhənnəmin bütün dəhşət və vəhsətlərini çəkmis, keçirmis olan bu universitet gəncliyi ucdantutma ahıl insanlara bənzəyirdilər…"
Repressiya olunmuşlara münasibət yalnız 1956-ci ildən - XX qurultaydan sonra dəyisdi.
İbrahim Azərini o vaxt Azərbaycan KP MK-nin ideologiya üzrə katibi isləyən teatrsünas Cəfər Cəfərov da yanına çağırmış, onunla söhbət etmis, ona iş və 4-cü mikrorayonda mənzil təklif etmisdi. Lakin böyük əzablardan keçmis İbrahim Azəri bu göydəndüsmə təklifləri nədənsə qəbul etmədi. Kinofilmlərdə sıravi rollarda, kütləvi səhnələrdə çəkildi, təkliflərdən isə imtina etdi. Sonuncu iş yeri Ordubad teatrı oldu. İbrahim Azəri orada qısa müddət rejissor islədi. Amma burada astma xəstəliyi tapdı və Bakıya qayıtdı. 1969-cu ildə onun xəstəliyi daha da siddətləndi, vəfat etdi. İbrahim Azərinin savadlı bir insan, ərəb, fars, rus dillərini yaxsı bilən bir ziyalı olması məlumdur.
Oglu Çingiz Atakisiyevin dediklərindən: "O, az insanlarla təmasda olardı. Nənəm danışırdı ki, o həbs olunandan sonra onun bütün əlyazmalarını, məktub və sənədlərini həyətdəki quyuya töküblər ki, axtarsalar, tapa bilməsinlər. Yadımdadır ki, biz Əmircanda yasayarkən Muin Niyazi, Tofiq Bayram, Səttar Bəhlulzadə və basqa söz və sənət adamları ilə görüsər, söhbətlər edərdi. Onun küçədə Ələsgər Ələkbərov, Əliaga Agayev və basqa görkəmli sənətkarlarla səmimi görüsməsinin sahidi olmusam".
İbrahim Azəriyə həbs və sürgün böyük aktyor olmağa, özünü təsdiq etməyə imkan vermədi. O, təkcə aktyor deyildi, ilk cumhuriyyət ordusunun zabiti idi. Əgər çar dövründə ilk sürgün olunmus aktyor Mirzə Aga Əliyev olmusdusa, sovet dövründə bu öhdəlik İbrahim Azərinin payına düsmüsdü.