“142-Çağrı mərkəzi“nə müraciətlərin çoxu sorğu xarakterlidir İqtisadiyyat

“142-Çağrı mərkəzi“nə müraciətlərin çoxu sorğu xarakterlidir

Tural

Bu ilin iyul ayında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) "142-Çağrı mərkəzi" tərəfindən 9716 müraciət cavablandırılıb. Həmin müraciətlərin 4194-ü (43,2%) sosial təminat, 2343-ü (24,1%) əmək qanunvericiliyi, 1295-i (13,3%) ƏƏSMN-nin elektron xidmətlərindən istifadə, 1157-i (11,9%) tibbi-sosial ekspertiza və əlilliyi olan şəxslərin reabilitasiyası, 727-i (7,5%) isə məşğulluq məsələlərini əhatə edib. İyul ayında "142-Çağrı mərkəzi"nə daxil olan müraciətlərin 9080-i qeyd olunan fəaliyyət sahələri ilə əlaqədar sorğu xarakteri daşıyıb. Vətəndaşları maraqlandıran suallar nazirliyin mütəxəssisləri tərəfindən aidiyyəti üzrə dolğun izahatlar verilərək cavablandırılıb. Daxil olan müraciətlərin yalnız 636-da (6,1 faiz) ayrı-ayrı vətəndaşlar onların əmək və sosial təminat hüquqlarının müəyyən olunması məsələlərini, habelə təklif və şikayətlərini ifadə ediblər. Həmin müraciətlər müraciət vərəqəsi əsasında araşdırılaraq cavablandırılması üçün nazirliyin müvafiq struktur bölmələrinə göndərilib.