“Avropa Birliyində böhran onu göstərdi ki...” İqtisadiyyat

“Avropa Birliyində böhran onu göstərdi ki...”

Elxan Mikayılov: "Yalnız "kəmər sıxma" yolu ilə böhranın öhdəsindən gəlmək olmaz"

"Böhran keçirən ölkələrdə işsizliyin səviyyəsi pik həddə çatdı və bu bir çox sosial və siyasi böhranlara səbəb oldu. Ona görə də Avropa Birliyi səviyyəsində böhranla mübarizə tədbirləri kimi iqtisadi artımın gücləndirilməsi və işsizliyin azaldılması istiqamətində də müəyyən işlər həyata keçirildi". Bunu iqtisadçı Elxan Mikayılov deyi. O, bildirib ki, banklara daha ciddi nəzarət mexanizmin qurulması, büdcə siyasətlərinə nəzarətin gücləndirilməsi və həyata keçirilən iqtisadi siyasətlərin daha effektiv olmasının təmin edilməsi istiqamətindəki tədbirləri bu qəbildən hesab etmək olar: "2010-cu ildə Avropa Birliyi iqtisadi artımı təmin etmək üçün ümumi məqsədlərə xidmət edən "Avropa 2020" Strategiyasın qəbul etdi ki, həmin strategiyada artımın daha ağıllı, davamlı və hərtərəfli çərçivəsi müəyyənləşdirildi. Əlavə olaraq 2012-ci ildə Avropa Birliyinin liderləri Birliyi daha rəqabət qabiliyyətli etmək və iqtisadi artımı, investisiyaları və məşğulluğu stimullaşdırmaq üçün İnkişaf və Məşğulluq üzrə Paket hazırladılar və bu Paket çərçivəsində qısa müddətə Birlik ölkələrinə 120 milyard avroluq investisiyanın qoyulması planlaşdırıldı".
Elxan Mikayılovun sözlərinə gör, Avropa Birliyində böhran onu göstərdi ki, yalnız "kəmər sıxma", yəni, büdcə kəsirlərinin azaldılması yolu ilə böhranın öhdəsindən gəlmək olmaz. Daha çox diqqət investisiya qoyuluşlarının artırılmasına, dolayı vergilərin yüksəldilməsinə və əvəzində birbaşa vergilərin azaldılmasına, rəqabətliliyin və əmək məhsuldarlığının yükəsəldilməsin, eyni zamanda vahid işçi xərclərinin azaldılmasına, təndiyyə balansında mənfi saldonun qarşısının alınmasına və bu kimi digər iqtisadi faktorlara verilməlidir: "Bu baxımından Avropa Birliyi daha çox invesitiya qoyuluşu tədbirləri həyata keçirdi. Və 2011-ci ildə Avro Plyus Paketi qəbul edildi ki, bu paketin əsas məqsədləri rəqabət qabiliyyətliliyin artırılması, məşğulluğun yüksəldilməsi, dövlət maliyyəsinin davamlılığına tövhələrin verilməsi, maliyyə stabiliyyinin yüksəldiməsi, vergi siyasətlərinin daha effektiv koordinasiyası. Rəqabət qabiliyyətliliyin artırılması üçün vahid işçi xərclərinin azaldılması və məhsuldarlığın yüksəldilməsi, məşğulluğun artırılması üçün gənclərin işlə təminatının yaxşılaşdırılması, dövlət maliyyəsinin davamlılığın artırılması tədbirlərinə pensiyaların və sığortaların davamlılığın təmin edilməsi, pensiya yaş həddinin artırılması, daha çox özünü maliyyələşdirmə pensiya sisteminə keçidin təmin edilməsi və s. tədbirlər nəzərdə tutulub. Bu tədbirlərin icrası artıq bəzi Birlik ölkələrində öz müsbət nəticələrin verməkdədir. 2013-cü ilin iyun ayında gənclərin məşğulluq səviyyəsinin artırılması məqsədilə Avropa Birliyi Gənclərin məşğulluq təşəbbüsünü qəbul etdi. Bu proqram çərçivəsində 2014-2015-ci illər ərzində gənclərin işlə təmin edilməsi üçün 6 milyard dollarlıq proqramın həyata keçirilməsi nəzərdə tutulub".