ARDNŞ-dən TANAP açıqlaması İqtisadiyyat

ARDNŞ-dən TANAP açıqlaması

"Layihə qrafikə uyğun həyata keçirilir"

Azərbaycan qazının Türkiyə ərazisi ilə nəqlini nəzərdə tutan Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisi layihəsinin reallaşdırılmasında heç bir ləngimə yoxdur. Bu barədə "Trend"ə ARDNŞ-in (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib.
Onun sözlərinə görə, bu iri infrastruktur layihəsi çərçivəsində bütün işlər nəzərdə tutulan qrafikə uyğun aparılır. N.Quliyev deyib ki, bir sıra hallarda işlərin hətta qrafiki qabaqladığı müşahidə olunur.
Hazırda TANAP layihəsində pay bölgüsü belədir: Türkiyə (20 faiz) və Azərbaycan (80 faiz).
BOTAŞ və BP-nin TANAP-da 2014-cü ildə başa çatması gözlənilən iştirak paylarını alması əməliyyatından sonra aşağıdakı şirkətlərin TANAP tərəfdaşları olacağı gözlənilir: ARDNŞ - operator (68%), BOTAŞ (20%) və BP (12%).