“Şahdəniz” konsorsiumu müqavilə imzalayıb İqtisadiyyat

“Şahdəniz” konsorsiumu müqavilə imzalayıb

"Cənubi Qafqaz Boru Kəməri" şirkəti və "Şahdəniz" konsorsiumu Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi (CQBKG) layihəsi üçün daha bir müqavilə imzalayıb. "BP-Azerbaijan" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, bu müqavilə boru kəməri üçün lazım olan boruların örtüklənməsi işləri üzrədir.
Kəmər borularının örtüklənməsi işləri üzrə müqavilə "Bredero Shaw International BV" şirkətinə verilib. Bu müqavilənin dəyəri təxminən 70 mln. ABŞ dolları təşkil edir. Bu müqavilə üzrə iş həcminə CQBKG-nin tikintisi üçün istifadə ediləcək bütün boruların örtüklənməsi daxildir. "Bredero Shaw International" şirkəti boruların üstünü üç qat polietilen materialla və içəridən isə epoksidlə örtükləyəcək. Müqavilənin icra müddəti 18 aydır və boruların ilk partiyasının Azərbaycana bu ilin sonunda gətiriləcəyi planlaşdırılır. Bundan əvvəl isə ümumilikdə 13 müqavilə elan edilib və bunlar da "Şahdəniz II" layihəsinin qrafik üzrə irəliləyişinin göstəricisidir. Əsas müqavilələrin əksəriyyəti artıq bağlandığından Bakıdakı tikinti sahələrində işlər başlanıb.