Lavrov və Əraqçi İranla ABŞ arasındakı memorandumu müzakirə ediblər
Reuters: ABŞ və İranın tarixi sazişində 300 milyard dollarlıq özəl fond planı
Tramp G7 liderləri ilə razılaşdı: Hörmüz boğazı açılır, Ukraynaya dəstək davam edir
Ziqfrid Leffler: İnfrastruktur bağlantı yaradır, institutlar isə inteqrasiyanı təmin edir
12:49
651
Bölgələrdə ilkin tibbi xidmətin səviyyəsi çox aşağıdır.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin bu gün keçirilən iclasında “Psixiatriya yardımı haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı komitə sədri Əhliman Əmiraslanov deyib.
Komitə sədri bildirib ki, böyük şəhərlərdə bu problemə daha az rast gəlinir: “Ancaq bölgələrdə, xüsusilə kənd yerlərində ilkin tibbi xidmət göstərəcək müəssisələrin vəziyyəti ürəkaçan deyil. Bu məsələni dəfələrlə qaldırmışıq. Bərdədə pilot layihənin həyata keçirilməsi nəzərdə tutulmuşdu. İlk vaxtlar bu layihə yaxşı işləyirdi. Ancaq təəssüf ki, həmin sahədə gözlənilən qədər irəliləyiş əldə olunmayıb. TƏBİB-in İcraçı direktoru Anar Bayramovla görüşümüz oldu və bu məsələni qaldırdım. İlkin olaraq, regionlarda modul tipli tibb məntəqələrinin yaradılması prosesinin sürətləndirilməsinin vacibliyini vurğuladım və Anar Bayramov da bununla razılaşdı. Bu istiqamətdə TƏBİB ciddi işlər görəcək. Çünki biz ilkin tibbi yardımın səviyyəsini yüksəltməsək, əhaliyə keyfiyyətli tibbi xidmət göstərməkdən danışa bilmərik. Rayon mərkəzindən uzaqda yerləşən kəndlər var və bəzən vaxtında müdaxilə etməklə kömək göstərilməsi mümkün olan xəstələri itiririk”.