TANAP-ın tikintisinin ikinci mərhələsi başa çatıb İqtisadiyyat

TANAP-ın tikintisinin ikinci mərhələsi başa çatıb

Türkiyənin Edirne vilayətində Trans-Anadolu qaz kəmərinin (TANAP) tikintisinin ikinci mərhələsi başa çatıb.
bunu Türkiyənin energetika və təbii ehtiyatlar naziri Fatih Dönmez deyib.
Onun sözlərinə görə, artıq TANAP-ın ikinci mərhələsinin sınaqları keçirilir.
Nazir qeyd edib ki, TANAP Türkiyə üçün ən vacib enerji layihələrindən biridir.
TANAP Azərbaycan qazının Avropaya çatdırılmasını nəzərdə tutan "Cənub Qaz Dəhlizi"nin bir hissəsidir. Uzunluğu 1805 kilometr olan TANAP boru kəmərinin diametri 56 və 48 düym, Mərmərə dənizi boyunca isə 36 düym təşkil edir. Kəmərin dəniz səviyyəsindən maksimal hündürlüyü 2700 metr yüksəklikdə yerləşir. Kəmərdən Türkiyə qazpaylama sisteminə iki qol ayrılıb və onun maksimum illik ötürücülük qabiliyyəti 31 milyard kubmetrdir. Layihənin ilkin mərhələsində illik ötürücülük qabiliyyəti 16 milyard kubmetr qaz təşkil edəcək.