İslahat İcmalı “Vergi islahatı 2020”yə həsr olunub İqtisadiyyat

İslahat İcmalı “Vergi islahatı 2020”yə həsr olunub

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İslahat İcmalı”nın xüsusi buraxılışı “Vergi islahatı 2020”yə həsr edilib. İİTKM-dən bildirilib ki, icmalda “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” qanun layihəsi şərh olunub. Prezident İlham Əliyevin nitqindəki fikirlərdən istifadə olunub və bildirilib ki, aparılan islahatlar nəticəsində vergilər sistemində şəffaflıq təmin edilir, biznes dairələri üçün vahid qaydalar tətbiq olunur.
Qeyd edək ki, “İslahat İcmalı”nda vergiödəyicisi və vergi orqanlarının hüquq və vəzifələri, vergi nəzarəti, maliyyə sanksiyaları, elektron qaimə-faktura, mənfəət vergisi, əlavə dəyər vergisi, aksiz vergisi, sadələşdirilmiş vergi, riskli vergi ödəyiciləri, transmilli şirkətlər qrupu və digər dəyişikliklər barədə məlumatlar verilib. “Deloitte” şirkətinin dəstəyi ilə hazırlanan “İslahat İcmalı” ilə “iqtisadiislahat.org” saytında “İcmallar” bölməsindən tanış ola bilərsiniz.