Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
18 Dekabr 2019 14:38
1 554.jpg)
Aqrar Tədarük və Təchizat" ASC-nin təşkilatçılığı ilə "Azərbaycanda aqroekoturizmin inkişaf perspektivləri" adlı dəyirmi masa keçirilir. Tədbirin məqsədi kiçik və orta fermer təsərrüfatlarının istehsal etdiyi kənd təsərrüfatı məhsulları üçün alternativ satış kanalları yaratmaq, regionlarda yaşayan əhalinin sosial rifahını yüksəltmək, şəhər əhalisinin və xarici turistlərin asudə vaxtlarının daha da maraqlı keçirilməsinə töhfə verməkdə olan "Şəhərdən Kəndə" layihəsinin ölkə üzrə əhatə dairəsini genişləndirməkdir.
Bu məqsədlə turizm şirkətlərinin "Şəhərdən Kəndə" turlarına cəlb edilməsi və aqroekoturların təşkil edilməsi görüşün əsas prioritet məsələlərdəndir. Eyni zamanda, turizm fəaliyyətinə cəlb edəcək fermerlərin və ailə-kəndli təsərüfatların tapılması və təlimlərin verilməsi kimi sahələrdə əməkdaşlığın qurulması Azərbaycanda kənd turizminin inkişafı və ölkə iqtisadiyyatının önəmli sahələrindən birinə çevrilməsi istiqamətində əsaslı rol oynayacaq. Bundan əlavə, turizm fəaliyyətlərinə cəlb ediləcək fermerlərin və ailə-kəndli təsərrüfatların ərazilərində tərtibat işlərinin görülməsi və yenidənqurulmasının təşkil edilməsi sahəsində birgə fəaliyyət layihənin daha uğurlu inkişafına şərait yaradacaq.
25 Oktyabr 17:37
1 834
25 Oktyabr 14:18
2 065
25 Oktyabr 14:17
1 876