
“Bu, Azərbaycanın artan beynəlxalq nüfuzunu bir daha təsdiqlədi”
18 Oktyabr 20:32
18 Oktyabr 20:32
18 Oktyabr 12:10
17 Oktyabr 18:26
17 Oktyabr 16:55
Qarsda Türk Dünyasının Elmi Birliyini Gücləndirən Beynəlxalq Simpozium Keçirilib
Qəzzanın cənubunda yenidən toqquşmalar başlayıb, Netanyahu Orduya əmr verib - YENİLƏNİB-4
Ukrayna Ordusu Rusiyada neft və qaz emalı zavodlarına zərbə endirib
Oktyabrın 22-dək fasilələrlə yağış yağacaq, leysan olacaq, dolu düşəcək
Davos İqtisadi Forumu özünün yeni Enerji Keçidi İndeksi (ETI) üzrə hesabatını dərc edib.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən verilən məlumata görə, Azərbaycan indeks cədvəlində 44-cü mövqedə qərarlaşıb ki, bu da MDB məkanında ən yüksək nəticədir.
İndeksdə ölkənin mövqeyi ötən hesabatla müqayisədə 13 pillə yaxşılaşıb. Azərbaycanın 2015-ci illə müqayisədə ümumilikdə 2%-lik artıma nail olunduğu göstərilib. Ölkənin ETI indeksi üzrə ümumi göstəricisi 58,1%-dir və 2020-ci il üzrə qlobal ETI göstəricisindən (55,1%) da daha yüksəkdir. Həmçinin, müvafiq göstərici Moldovada 52,4%, Rusiya Federasiyasında 50,5%, Tacikistanda 49,8%, Qazaxıstanda 48,3%, Ukraynada 43,3%, Qırğızıstanda 42,7%-dir. İndeksin nəticələrinə görə, Azərbaycan bu mövqeyinə görə Qətər, Misir, İordaniya, Səudiyyə Ərəbistanı, Tunis, Küveyt, İran, Birləşmiş Ərəb Əmirlikləri və Venesuela kimi bol enerji resurslarına malik ölkələri də geridə qoymağı bacarıb.
Qeyd edək ki, ETI indeksi 2 əsas subindeks əsasında formalaşır: enerji sistemlərinin ümumi performans qiymətləndirilməsi və enerji keçidinə hazırlıq üzrə.
Davos Forumunun yeni hesabatında ölkələrin enerji sistemləri 40 indikator üzrə 0-100 faiz aralığında qiymətləndirilib. Hesabatda dünya əhalisinin 90%-dən çoxunu, qlobal enerji təchizatının 93%-i və nominal ümumi daxili məhsulun (ÜDM) 98%-dən çoxunu təşkil edən 115 ölkə əhatə olunub. İndeksin hazırlanmasında 20 beynəlxalq və mötəbər hesab olunan məlumat təchizatçısının informasiyalarına əsaslanıb.