Gələn il müəllimlərin maaşı artmayacaq İqtisadiyyat

Gələn il müəllimlərin maaşı artmayacaq

2015-ci ilin büdcəsində bu nəzərdə tutulmayıb

Tural

Gələn il təhsil xərcləri üçün 1711,2 milyon manat, 2014-cü illə müqayisədə 57,7 milyon manat və yaxud 3,5 faiz çox, 2013-cü ilin faktiki icra göstəricisinə nisbətən 273,5 milyon manat və ya 19 faiz çox vəsait ayrılıb. Maliyyə Nazirliyinin məlumatına görə, təhsilin maliyyələşdirilməsi üçün nəzərdə tutulan xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 8,1 faiz təşkil edəcək. Təhsil xərcləri üçün ayrılmış vəsaitin 898,3 milyon manatı və ya 52,5 faizi ümumi təhsil xərclərinin, 525,7 milyon manatı və ya 30,7 faizi təhsil sahəsində digər müəssisə və tədbirlərin (2014-cü illə müqayisədə 41,8 milyon manat və ya 8,6 faiz çox), 165,6 milyon manatı və ya 9,7 faizi məktəbəqədər təhsil xərclərinin (2014-cü illə müqayisədə 14,2 milyon manat və ya 9,4 faiz çox), 39,2 milyon manatı və ya 2,3 faizi ali təhsil xərclərinin (2014-cü illə müqayisədə 6,2 milyon manat və ya 18,8 faiz çox), 44,6 milyon manatı və ya 2,6 faizi orta ixtisas təhsili xərclərinin (2014-cü illə müqayisədə 0,2 milyon manat və ya 0,4 faiz çox), 34,3 milyon manatı və ya 2 faizi ilk-peşə ixtisas təhsili xərclərinin (2014-cü illə müqayisədə 0,1 milyon manat və ya 0,4 faiz çox), 3,5 milyon manatı və ya 0,2 faizi əlavə təhsilin maliyyələşdirilməsinə yönələcək.
Gələn il təhsil xərcləri üçün ayrılan vəsaitin 313,9 milyon manatı bır sıra dövlət proqramlarının və tədbirlərinin maliyyələşdirilməsinə, o cümlədən ölkənin ali təhsil müəssisələrində kadr hazırlığının dövlət sifarişi əsasında və adambaşına maliyyələşmə prinsipi ilə həyata keçirilməsi xərcləri üçün 135,4 milyon manat, təhsil sisteminin informasiyalaşdırılması ilə bağlı olan xərclər üçün 18,8 milyon manat, ümumtəhsil məktəblərində oxuyan şagirdlərin pulsuz dərsliklərlə təmin olunması xərcləri üçün 8,5 milyon manat, təhsil müəssisələrinin yenidən qurulması və əsaslı təmiri üçün 13,1 milyon manat vəsait proqnozlaşdırılıb.
Bütün bunlar isə ondan xəbər verir ki, gələn il təhsil xərcləri 3,5 faiz artsa da, müəllimlərin maaşları artırılmayacaq. Çünki həmin artırılmış xərclərin istiqaməti başqadır, əmək haqqının yüksəldilməsindən heç söhbət getmir.